FINCA Azerbaijan FINCA Azerbaijan

Müştəri Əlaqələri üzrə İşçi (Ağdaş filialı)

Müştəri Əlaqələri üzrə İşçi (Ağdaş filialı)

  • Deadline 6 June 2026

FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Ağdaş Filialı  üçün Müştəri Əlaqələri üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında:

  • Təşkilatda Ön Ofis xidmətlərinin və Baş Ofis Departamentləri/Şöbələri ilə filialın səmərəli əməkdaşlığın təminatçısı olan Müştəri Əlaqələri üzrə İşçi, təşkilatın təqdim etdiyi kreditlərin verilməsi prosesinə qüsursuz dəstək göstərir. Bu dəstək çərçivəsində Müştəri Əlaqələri üzrə İşçi həmçinin, Baş Ofis Departamentləri/Şöbələri ilə filialın koordinasiyalı işinin nəticəsində yüksək keyfiyyətli müştəri xidmətlərini göstərməklə tamamlanması, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq və ona, inzibati və sturuktur istiqamətli aidiyyatı olan işlərin keyfiyyətlə/zamanında icrası üzrə cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
  • Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
  • Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
  • Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
  • Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
  • Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
  • Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
  • Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil;
  • Müştəri Xidmətləri və Ofis işləri üzrə ən azı 6 aylıq iş təcrübəsi;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Kreditvermə sahəsində başlanğıc səviyyədə biliklərin olması arzuolunandır;
  • Məsuliyyətli və təşəbbüskar olmaq;
  • İşgüzar və aktiv olmaq;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı

Dil Bilikləri:

  • Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily38
  • Weekly446
  • Monthly579