Finco Group MMC Finco Group MMC
  • 544

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 27 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • Ünvan: Abbas Mirzə Şərifzadə  345 A. (İnşaatçılar metrosu yaxınlığı)
  • İş rejimi: 09:00-18:00

Vəzifə öhdəlikləri:

  • Vergi və maliyyə uçotunun aparılması
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Dövlət orqanları ilə yazışmaların aparılması
  • Mühasibat sənədlərinin düzgünlüyünə nəzarət
  • Bank əməliyyatlarının icrası və uçotu
  • Elektron qaimə-fakturaların hazırlanması və izlənməsi
  • Mühasibat proqramları və Excel üzərindən hesabatların hazırlanması

Qəbul üçün əsas tələblər:

Vergi məcəlləsinə dair biliklər

  • Vergi qanunvericiliyi üzrə əsas anlayışlar
  • Vergi öhdəliklərinin hesablanma prinsipləri

Bəyannamələrlə işləmək bacarığı

  • ƏDV (Əlavə Dəyər Vergisi)
  • ÖMV (Ödəmə Mənbəyində Vergi)
  • Sadələşdirilmiş Vergi (SV)
  • Əmlak vergisi
  • Bəyannamələrin müstəqil şəkildə hazırlanması və göndərilməsi

Uyğunsuzluqlarla bağlı bilik

  • Vergi orqanları tərəfindən göndərilən uyğunsuzluq məktublarının təhlili
  • Rəsmi cavabların hazırlanması

Bank əməliyyatları

  • Ödəniş tapşırıqlarının hazırlanması
  • İnternet banking əməliyyatları
  • Bank çıxarışlarının uçotu

E-qaimələrlə işləmək

  • Elektron qaimələrin tərtibi və göndərilməsi
  • Qarşı tərəflə üzləşmələrin aparılması

Excel bilikləri

  • Pivot cədvəllər
  • Formullar (SUM, IF, VLOOKUP və s.)
  • Hesabatların hazırlanması

Namizədə əlavə tələblər:

  • Ali iqtisadi və ya maliyyə təhsili
  • Müvafiq sahədə iş təcrübəsi
  • Analitik düşünmə və məsuliyyətlilik
  • Rəsmi yazışma bacarığı

CV-nizi mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily4
  • Weekly603
  • Monthly2493