FINDATAX Consulting “Təcrübə Proqramı” elan edir.
Maliyyə, mühasibatlıq, vergi, audit və hüquq sahəsində fəaliyyət göstərən şirkətimiz mühasibatlıq və maliyyə sahəsində karyera qurmaq istəyən, inkişaf yönümlü və öyrənməyə motivasiyalı gəncləri Təcrübə Proqramına dəvət edir.
Təcrübə müddətində əldə edəcəyiniz bilik və bacarıqlar:
- İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə işlənməsi
- Gəlir və xərc əməliyyatlarının uçotu
- Dövlət portalları ilə praktiki iş təcrübəsi (e-taxes, ƏMAS, e-customs və s.)
- Bank və kassa əməliyyatlarının idarə olunması
- Debitor və kreditor borcların izlənilməsi
- Əməkhaqqı hesablamaları və vergi tutulmaları
- Mühasibat və vergi proseslərinin praktiki tətbiqi
- Korporativ ünsiyyət və peşəkar kommunikasiya bacarıqları
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı
- Məsuliyyətlilik və öyrənməyə yüksək motivasiya
Şirkət tərəfindən təmin olunur:
- Yol və nahar xərcləri
- Peşəkar komanda ilə real iş təcrübəsi
- Praktiki öyrənmə mühiti
- Təcrübə proqramından sonra daimi iş imkanı
İş rejimi: 5 günlük / 10 :00 – 18:00
Ünvan: Aşıq Molla Cümə 46A, Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.