Konsaltinq və audit xidmətləri sahəsində yüksək keyfiyyətdə xidmət göstərən müəssisəmizə, korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması məqsədilə zəngin iş təcrübəsinə malik Korporativ Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
✔️ Konsaltinq və audit xidmətlərimizin korporativ müştərilərə təşviqi və satışı.
✔️ Yeni korporativ müştərilərin cəlb edilməsi, B2B görüşlərin keçirilməsi və peşəkar təqdimatların olunması.
✔️ Şirkətin xidmətlərinə uyğun kommersiya təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması və əməkdaşlıqların rəsmiləşdirilməsi.
✔️ Mövcud və yeni korporativ müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və idarə olunması.
✔️ Satış göstəricilərinin analizi və aylıq hesabatların hazırlanması.
Tələblər:
✔️ Audit və konsaltinq xidmətlərinin satışı sahəsində ən azı 1-3 il iş təcrübəsi (Mütləqdir).
✔️ Azərbaycan dilində səlis və qrammatik baxımdan düzgün nitq, peşəkar danışıq və təqdimat qabiliyyəti (Rus və ya ingilis dili biliyi üstünlükdür).
✔️ B2B satış texnikalarını və korporativ müştərilərlə iş prinsiplərini yüksək səviyyədə bilmək.
✔️ MS Office proqramlarından sərbəst istifadə bacarığı.
✔️ Korporativ etikaya yiyələnmə, yüksək məsuliyyət, danışıqlar aparma və vaxtı idarəetmə qabiliyyəti.
İş şərtləri:
✔️ İş qrafiki: 5 günlük, 09:00 – 18:00.
✔️ Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunacaq
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Korporativ Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Qeyd: Yalnız audit və konsaltinq sahəsində satış təcrübəsi olan və tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.