Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi marketinq strategiyasına uyğun olaraq sosial media, rəqəmsal reklamlar, açıq hava və qapalı məkan reklamları, çap və media kampaniyalarının planlaşdırılması və icrasının təmin edilməsi;
 - Marketinq kommunikasiyaları çərçivəsində reklam kampaniyalarının strategiyasının hazırlanması, icrası və effektivliyinin təhlili;
 - Brendin bazar mövqeyinin qorunması və inkişafı məqsədilə marketinq kommunikasiyalarının mütəmadi izlənilməsi;
 - Sosial media platformalarında (Facebook, Instagram, TikTok, LinkedIn, YouTube və s.) brendin tanıtım strategiyasının hazırlanması və icrasına nəzarət;
 - Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın qurulması və əlaqələrin idarə olunmasına dəstək;
 - Bütün reklam və kommunikasiya fəaliyyətlərinin nəticələrinin təhlili, optimallaşdırılması və inkişaf strategiyalarının hazırlanmasında iştirak;
 - Şirkət daxilində və ictimaiyyətlə əlaqələrin effektiv idarə olunmasına dəstək göstərilməsi;
 - Rəqib fəaliyyətlərinin və bazar trendlərinin mütəmadi təhlili, innovativ marketinq yanaşmalarının tətbiqi üçün təkliflərin hazırlanması.
 
İş şəraiti:
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
 - Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir
 
Namizədə dair tələblər:
- Marketinq, Biznesin İdarəedilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
 - Marketinq kommunikasiyaları üzrə minimum 3 il təcrübə;
 - Reklam kanalları üzrə biliklər;
 - Rəqəmsal marketinq və sosial media idarəçiliyi üzrə təcrübə;
 - Marketinq kampaniyalarının idarə edilməsi və effektivliyinin ölçülməsi bacarığı;
 - Tərəfdaş əlaqələrinin qurulması və idarə olunması təcrübəsi;
 - Yaradıcı və strateji düşüncə, güclü kommunikasiya və layihə idarəetmə bacarıqları;
 - Azərbaycan dili səlis, ingilis və rus dili biliyi arzuolunandır.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Marketinq kommunikasiyaları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.