Finekspertiza Group MMC Finekspertiza Group MMC
  • 421

Finekspertiza Group MMC

Professional Services

Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq kommunikasiyaları üzrə mütəxəssis

  • Истекает 21 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi marketinq strategiyasına uyğun olaraq sosial media, rəqəmsal reklamlar, açıq hava və qapalı məkan reklamları, çap və media kampaniyalarının planlaşdırılması və icrasının təmin edilməsi;
  • Marketinq kommunikasiyaları çərçivəsində reklam kampaniyalarının strategiyasının hazırlanması, icrası və effektivliyinin təhlili;
  • Brendin bazar mövqeyinin qorunması və inkişafı məqsədilə marketinq kommunikasiyalarının mütəmadi izlənilməsi;
  • Sosial media platformalarında (Facebook, Instagram, TikTok, LinkedIn, YouTube və s.) brendin tanıtım strategiyasının hazırlanması və icrasına nəzarət;
  • Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın qurulması və əlaqələrin idarə olunmasına dəstək;
  • Bütün reklam və kommunikasiya fəaliyyətlərinin nəticələrinin təhlili, optimallaşdırılması və inkişaf strategiyalarının hazırlanmasında iştirak;
  • Şirkət daxilində və ictimaiyyətlə əlaqələrin effektiv idarə olunmasına dəstək göstərilməsi;
  • Rəqib fəaliyyətlərinin və bazar trendlərinin mütəmadi təhlili, innovativ marketinq yanaşmalarının tətbiqi üçün təkliflərin hazırlanması.

İş şəraiti: 

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir

Namizədə dair tələblər:

  • Marketinq, Biznesin İdarəedilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq kommunikasiyaları üzrə minimum 3 il təcrübə;
  • Reklam kanalları üzrə biliklər;
  • Rəqəmsal marketinq və sosial media idarəçiliyi üzrə təcrübə;
  • Marketinq kampaniyalarının idarə edilməsi və effektivliyinin ölçülməsi bacarığı;
  • Tərəfdaş əlaqələrinin qurulması və idarə olunması təcrübəsi;
  • Yaradıcı və strateji düşüncə, güclü kommunikasiya və layihə idarəetmə bacarıqları;
  • Azərbaycan dili səlis, ingilis və rus dili biliyi arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Marketinq kommunikasiyaları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly104
  • Monthly125