FinexKredit BOKT FinexKredit BOKT
  • 148

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 13 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər

  • Ali təhsil (maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat sahəsində).
  • iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması.
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatının olması.
  • Minimum 5 il mühasibatlıq sahəsində, o cümlədən ən azı 3 il maliyyə sektorunda (BOKT, bank və ya maliyyə qurumu) iş təcrübəsi.
  • Beynəlxalq mühasibat standartları (IFRS) və milli uçot standartları üzrə nəzəri və praktik biliklər.
  • Vergi qanunvericiliyi, mühasibat uçotu standartları, Mərkəzi Bankın normativ sənədləri və BOKT-lar haqqında qanunvericilik üzrə biliklər.
  • Maliyyə hesabatlarının tərtibində, büdcələşmədə və xərclərə nəzarətdə praktiki bacarıqlar.
  • MS Office proqramları, bank-mühasibat proqramları ilə işləmə bacarığı.
  • Analitik təhlil qabiliyyəti, hesabatlılıq və operativ qərarvermə bacarığı.
  • Yüksək məsuliyyət, dəqiqlik və dürüstlük.
  • Komandada işləmək və rəhbərlik etmək bacarığı.
  • Kommunikasiya və təqdimat bacarıqları.

Baş Mühasibin  - Öhdəlikləri

  • Cəmiyyətin mühasibat uçotu sisteminin təşkili və aparılmasına ümumi rəhbərlik; 
  • Maliyyə əməliyyatlarının qanunvericiliyə və daxili qaydalara uyğunluğunun təmin edilməsi; 
  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanmasına rəhbərlik və təsdiq üçün təqdim edilməsi; 
  • Vergi öhdəliklərinin düzgün hesablanması və vaxtında yerinə yetirilməsinə nəzarət; 
  • Büdcələşdirmə və maliyyə planlaşdırılması proseslərinin təşkili; 
  • Nağd və qeyri-nağd pul vəsaitlərinin idarə olunmasına nəzarət; 
  • Bank hesabları üzrə əməliyyatların və likvidliyin idarə olunması; 
  • Daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin tətbiqi; 
  • Maliyyə intizamının təmin edilməsi və nəzarət prosedurlarının gücləndirilməsi; 
  • Əsas vəsaitlərin, ehtiyatların və digər aktivlərin uçotunun düzgün təşkilinə nəzarət; 
  • Debitor və kreditor borclarının idarə olunması; 
  • Daxili və xarici audit yoxlamaları ilə qarşılıqlı əməkdaşlıq və məlumatların təqdim edilməsi; 
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına nəzarət; 
  • Maliyyə siyasətinin və prosedurlarının hazırlanması və tətbiqi; 
  • Şirkətin maliyyə dayanıqlığının və rentabelliyinin təhlili; 
  • Rəhbərliyə maliyyə vəziyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi; 
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinin təşkili və qiymətləndirilməsi. 

Əmək haqqı

  • Razılaşma əsasında.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Baş mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily40
  • Weekly181
  • Monthly1245