Tələblər
- Ali təhsil (maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat sahəsində).
- iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması.
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatının olması.
- Minimum 5 il mühasibatlıq sahəsində, o cümlədən ən azı 3 il maliyyə sektorunda (BOKT, bank və ya maliyyə qurumu) iş təcrübəsi.
- Beynəlxalq mühasibat standartları (IFRS) və milli uçot standartları üzrə nəzəri və praktik biliklər.
- Vergi qanunvericiliyi, mühasibat uçotu standartları, Mərkəzi Bankın normativ sənədləri və BOKT-lar haqqında qanunvericilik üzrə biliklər.
- Maliyyə hesabatlarının tərtibində, büdcələşmədə və xərclərə nəzarətdə praktiki bacarıqlar.
- MS Office proqramları, bank-mühasibat proqramları ilə işləmə bacarığı.
- Analitik təhlil qabiliyyəti, hesabatlılıq və operativ qərarvermə bacarığı.
- Yüksək məsuliyyət, dəqiqlik və dürüstlük.
- Komandada işləmək və rəhbərlik etmək bacarığı.
- Kommunikasiya və təqdimat bacarıqları.
Baş Mühasibin - Öhdəlikləri
- Cəmiyyətin mühasibat uçotu sisteminin təşkili və aparılmasına ümumi rəhbərlik;
- Maliyyə əməliyyatlarının qanunvericiliyə və daxili qaydalara uyğunluğunun təmin edilməsi;
- Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanmasına rəhbərlik və təsdiq üçün təqdim edilməsi;
- Vergi öhdəliklərinin düzgün hesablanması və vaxtında yerinə yetirilməsinə nəzarət;
- Büdcələşdirmə və maliyyə planlaşdırılması proseslərinin təşkili;
- Nağd və qeyri-nağd pul vəsaitlərinin idarə olunmasına nəzarət;
- Bank hesabları üzrə əməliyyatların və likvidliyin idarə olunması;
- Daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin tətbiqi;
- Maliyyə intizamının təmin edilməsi və nəzarət prosedurlarının gücləndirilməsi;
- Əsas vəsaitlərin, ehtiyatların və digər aktivlərin uçotunun düzgün təşkilinə nəzarət;
- Debitor və kreditor borclarının idarə olunması;
- Daxili və xarici audit yoxlamaları ilə qarşılıqlı əməkdaşlıq və məlumatların təqdim edilməsi;
- Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına nəzarət;
- Maliyyə siyasətinin və prosedurlarının hazırlanması və tətbiqi;
- Şirkətin maliyyə dayanıqlığının və rentabelliyinin təhlili;
- Rəhbərliyə maliyyə vəziyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi;
- Tabeliyində olan əməkdaşların fəaliyyətinin təşkili və qiymətləndirilməsi.
Əmək haqqı
- Razılaşma əsasında.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Baş mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.