FinexKredit BOKT FinexKredit BOKT
  • 450

Filial Müdiri (Sumqayıt filialı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Filial Müdiri (Sumqayıt filialı)

  • Deadline 7 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair tələblər

  • Ali təhsil, iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
  • Qüsursuz vətəndaş keyfiyyətlərinə malik olmaq (qüsursuzluq arayışı);
  • Bank, BOKT və ya Lombard sahəsində minimum 3 il təcrübə;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
  • Kreditlərin verilməsinə dair Az.Res. Mərkəzi  Bankının qayda, prosedur, təlimatlarını bilmək
  • Qızıldan anlayışı olmaq
  • Lombard krediti üzrə təcrübəsi olmaq
  • Sumqayıt şəhəri ərazisini yaxşı tanımaq 
  • təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
  • Yaş: 25-50
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə) 
  • Diqqətli və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat

  • BOKT tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
  • Filiala verilmiş lisenziyaya uyğun BOKT xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
  • BOKT-nin rəhbərliyinin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filiaların açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
  • Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
  • Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
  • Filiaların Baş ofisdəki filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
  • Filialların kassa limitinin qorunmasına nəzarət etmək, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş ofisə sifariş vermək;
  • Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
  • Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirlərini həyata keçirimək;
  • Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
  • Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;
  • Filialın işçi heyətini idarə etmək;
  • Filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək. 
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Korporativ nömrə ilə təmin edilmə.

Əmək haqqı

  • Müsahibə əsasında təyin ediləcək.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Sumqayıt filialı_filial müdiri” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly127
  • Monthly131