FinexKredit BOKT FinexKredit BOKT
  • 358

Kredit Departamentinin Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kredit Departamentinin Direktoru

  • Deadline 19 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair tələblər:

  • Ali təhsil (iqtisadi, maliyyə, kredit sahəsi üzrə)
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının qayda, prosedur və  təlimatlarını bilmək
  • Qızıldan anlayışı olmaq
  • Lombard, biznes, istehlak və s. kredit məhsulları üzrə təcrübəsi olmaq
  • təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
  • Yaş: 22-45
  • İş təcrübəsi: Maliyyə Bazarları sahəsində minimum 3 il
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə) 
  • Komanda ilə işləmək bacarığı
  • İnandırmaq və razı salmaq qabiliyyəti yüksək olmaq
  • Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
  • Stressə davamlı və öyrənməyə maraqlı, 
  • Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
  • Diqqətli, Dürüst və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
  • Kredit portfelini idarə etmək, müştəri cəlb etmək
  • MKR (Mərkəzləşdirilmiş Kredit Reyestri) – AKB (Azərbaycan Kredit Bürosu) ilə işləmək bacarığı olması
  • Hesabatları vaxtlı vaxtında hazırlayıb təqdim etmək (Mərkəzi Bank və.s qurumlara) 
  • BOKT-nin  strategiyası və onun tərkib hissəsi olan: əməliyyat planının, maliyyə planlaşması, biznes siyasəti, maliyyə hədəflərinin, marketinq planının işlənib hazırlanmasında  iştirak etmək;
  • BOKT-nin kredit siyasətinin formalaşmasında və nəzarətində aparıcı funksiya daşımaq;
  • Müştərilərin mövcud portfelinin monitorinqini aparmaq, maliyyə vəziyyətini təhlil etmək;
  • Kredit portfelinin işlək vəziyyətdə saxlamaq , riskləri idarə etmək, kredit təminatlarının adekvatlığının təmin olunması üçün əməli tədbirlər görmək; 
  • Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və kredit müqaviləsi üzrə ödənişləri gecikdirən problemli müştərilərlə iş aparmaq, o cümlədən, bu cür müştərilərlə ünsiyyət qurmaq;
  • Problemli müştərilərlə problemin həlli yolları barədə danışıqlar aparmaq, danışıqlar nəticə vermədikdə qanunvericilikdə nəzərdə tutulmuş digər uyğun hüquqi və müdafiə vasitələri barədə İdarə Heyətinin Sədrinə təkliflər vermək;
  •  BOKT-nin İdarəetmə orqanlarının qərarlarını,İdarə Heyətinin sədrinin əmr və sərəncamlarını icra etmək;
  • Qüvvədə olan qanunvericiliyin və daxili prosedur qaydaların tələblərinə riayət etmək;
  •  Fəaliyyəti ilə bağlı olaraq müntəzəm olaraq İdarə Heyətinin sədrinə hesabatlar vermək
  •  Kredit departamentinin fəaliyyətini təşkil etmək və idarə etmək, hesabat və təkliflər hazırlamaq;
  •   Kreditin verilməsi planını hazırlamaq,  rəhbəri ilə razılaşdırmaq və həyata keçirmək
  • Kredit portfelinin inkişafı və ödəniş qabiliyyətli yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görmək;
  • Yeni kredit məhsullarının yaradılmasında aktiv iştirak etmək;
    Ona təhkim olunan əmək funksiyalarını peşəkarlıqla və keyfiyyətlə icra etmək.
  • Tabeçiliyində olan əməkdaşların işini güdəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
  • Departament işçilərinin vəzifələrini müəyyən etmək və onların işinə nəzarət etmək;
  • İşçiləri qiymətləndirmək və motivasiya etmək;
  • Departamentin fəaliyyətinin Əsasnaməyə uyğun olaraq icrasını təmin etmək;
  • BOKT-nin müştərilərinə yüksək xidmət göstərilməsini təmin etmək; 
  • Bazar konyukturasına uyğun yeni məhsulların yaradılmasına dair  Rəhbərliyə təkliflər vermək;
  • Bu sahədə bazar araşdırılmasını həyata keçirmək , o cümlədən rəqib BOKT-lərin  kredit şərtlərini araşdırmaq;
  • Departament üzrə hədəflərin yerinə yetirilməsini təmin etmək
  • Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək (“workshop”ları, təlimləri və müvafiq görüşləri təşkil etmək, ehtiyac olduqda təlimlər keçmək və s.); 
  • Yeni satış / kredit mütəxəssislərin banka cəlb olunarkən, onların seçilməsi prosesində iştirak etmək;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKTdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.)  bilmək və onlara riayət etmək.

İş barədə məlumat:

  • Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək
  • Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək məqsədi ilə müvafiq işlər görmək (reklam və s.)
  • Gecikmiş kreditlərin ödənilməsini borclulardan təmin etmək,
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

Əmək haqqı:

  • Müsahibə əsasında təyin ediləcək.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “kredit departamentinin direktoru” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, 19.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily9
  • Weekly536
  • Monthly1671