Namizədə dair tələblər:
- Ali təhsil (iqtisadi, maliyyə, kredit sahəsi üzrə)
- Azərbaycan Respublikasının Mərkəzi Bankının qayda, prosedur və təlimatlarını bilmək
- Qızıldan anlayışı olmaq
- Lombard, biznes, istehlak və s. kredit məhsulları üzrə təcrübəsi olmaq
- təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
- Yaş: 22-45
- İş təcrübəsi: Maliyyə Bazarları sahəsində minimum 3 il
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə)
- Komanda ilə işləmək bacarığı
- İnandırmaq və razı salmaq qabiliyyəti yüksək olmaq
- Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
- Stressə davamlı və öyrənməyə maraqlı,
- Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
- Diqqətli, Dürüst və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
- Kredit portfelini idarə etmək, müştəri cəlb etmək
- MKR (Mərkəzləşdirilmiş Kredit Reyestri) – AKB (Azərbaycan Kredit Bürosu) ilə işləmək bacarığı olması
- Hesabatları vaxtlı vaxtında hazırlayıb təqdim etmək (Mərkəzi Bank və.s qurumlara)
- BOKT-nin strategiyası və onun tərkib hissəsi olan: əməliyyat planının, maliyyə planlaşması, biznes siyasəti, maliyyə hədəflərinin, marketinq planının işlənib hazırlanmasında iştirak etmək;
- BOKT-nin kredit siyasətinin formalaşmasında və nəzarətində aparıcı funksiya daşımaq;
- Müştərilərin mövcud portfelinin monitorinqini aparmaq, maliyyə vəziyyətini təhlil etmək;
- Kredit portfelinin işlək vəziyyətdə saxlamaq , riskləri idarə etmək, kredit təminatlarının adekvatlığının təmin olunması üçün əməli tədbirlər görmək;
- Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və kredit müqaviləsi üzrə ödənişləri gecikdirən problemli müştərilərlə iş aparmaq, o cümlədən, bu cür müştərilərlə ünsiyyət qurmaq;
- Problemli müştərilərlə problemin həlli yolları barədə danışıqlar aparmaq, danışıqlar nəticə vermədikdə qanunvericilikdə nəzərdə tutulmuş digər uyğun hüquqi və müdafiə vasitələri barədə İdarə Heyətinin Sədrinə təkliflər vermək;
- BOKT-nin İdarəetmə orqanlarının qərarlarını,İdarə Heyətinin sədrinin əmr və sərəncamlarını icra etmək;
- Qüvvədə olan qanunvericiliyin və daxili prosedur qaydaların tələblərinə riayət etmək;
- Fəaliyyəti ilə bağlı olaraq müntəzəm olaraq İdarə Heyətinin sədrinə hesabatlar vermək
- Kredit departamentinin fəaliyyətini təşkil etmək və idarə etmək, hesabat və təkliflər hazırlamaq;
- Kreditin verilməsi planını hazırlamaq, rəhbəri ilə razılaşdırmaq və həyata keçirmək
- Kredit portfelinin inkişafı və ödəniş qabiliyyətli yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görmək;
- Yeni kredit məhsullarının yaradılmasında aktiv iştirak etmək;
Ona təhkim olunan əmək funksiyalarını peşəkarlıqla və keyfiyyətlə icra etmək. - Tabeçiliyində olan əməkdaşların işini güdəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
- Departament işçilərinin vəzifələrini müəyyən etmək və onların işinə nəzarət etmək;
- İşçiləri qiymətləndirmək və motivasiya etmək;
- Departamentin fəaliyyətinin Əsasnaməyə uyğun olaraq icrasını təmin etmək;
- BOKT-nin müştərilərinə yüksək xidmət göstərilməsini təmin etmək;
- Bazar konyukturasına uyğun yeni məhsulların yaradılmasına dair Rəhbərliyə təkliflər vermək;
- Bu sahədə bazar araşdırılmasını həyata keçirmək , o cümlədən rəqib BOKT-lərin kredit şərtlərini araşdırmaq;
- Departament üzrə hədəflərin yerinə yetirilməsini təmin etmək
- Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək (“workshop”ları, təlimləri və müvafiq görüşləri təşkil etmək, ehtiyac olduqda təlimlər keçmək və s.);
- Yeni satış / kredit mütəxəssislərin banka cəlb olunarkən, onların seçilməsi prosesində iştirak etmək;
- Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKTdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək.
İş barədə məlumat:
- Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək
- Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək məqsədi ilə müvafiq işlər görmək (reklam və s.)
- Gecikmiş kreditlərin ödənilməsini borclulardan təmin etmək,
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək.
Əmək haqqı:
- Müsahibə əsasında təyin ediləcək.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “kredit departamentinin direktoru” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, 19.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.