Əsas vəzifə və öhdəliklər:
- Yanğından mühafizə sistemlərinin elektrik hissəsinin layihələndirilməsi, quraşdırılması, sazlanması və texniki istismarına rəhbərlik etmək;
- Yanğın siqnalizasiya sistemlərinin texniki həllərinin hazırlanması və icrasına nəzarət etmək;
- Yanğın siqnalizasiya sistemlərinin kabel xətlərinin, detektorların, əl ilə işə salma düymələrinin, sirenaların, modul və idarəetmə panellərinin düzgün qoşulmasını və iş prinsipini yoxlamaq;
- Yanğın sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyasını təşkil etmək: HVAC, lift, girişə nəzarət, tüstü xaricetmə, ventilyasiya, BMS və digər sistemlər;
- Elektrik sxemlərinin, prinsipial sxemlərin, birxətli sxemlərin və layihə çertyojlarının hazırlanması və oxunması;
- Layihə üzrə elektrik yüklərinin, kabel kəsiklərinin, qoruyucu aparatların və enerji təchizatı həllərinin hesablanmasını həyata keçirmək;
- Avadanlıq və materialların texniki spesifikasiyalarını hazırlamaq və uyğunluğunu qiymətləndirmək;
- Layihədə nəzərdə tutulmuş avadanlıqların texniki parametrlərinin yoxlanılması;
- Montaj briqadalarının işinə texniki rəhbərlik və sahədə görülən işlərə nəzarət etmək;
- Görülən işlərin layihə, texniki spesifikasiya və müvafiq standartlara uyğunluğunu yoxlamaq;
- Sistemlərin test, commissioning və sazlama işlərini həyata keçirmək;
- Yanğın siqnalizasiya sistemlərində yaranan texniki nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırmaq;
- İstismara verilmiş sistemlər üzrə texniki yoxlamaların və profilaktik xidmətlərin təşkilində iştirak etmək;
- İcra olunmuş işlər üzrə as-built çertyojların, test protokollarının, texniki hesabatların və digər icra sənədlərinin hazırlanmasına nəzarət etmək;
- Sifarişçi, layihəçi, podratçı və digər mühəndislik qrupları ilə texniki məsələlərin koordinasiyasını həyata keçirmək;
- Sahədə texniki problemləri müəyyən etmək, həll yolları hazırlamaq və icrasına nəzarət etmək;
- Elektrik və yanğından mühafizə sistemləri üzrə təhlükəsizlik qaydalarına və normativ tələblərə riayət olunmasını təmin etmək.
Tələblər
- Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Elektrik və yanğından mühafizə sistemləri üzrə minimum 3 il iş təcrübəsi;
- Yanğın siqnalizasiya sistemlərinin quruluşu, iş prinsipi, montajı, proqramlaşdırılması və sazlanması üzrə praktiki bilik;
- Elektrik sxemlərini və layihə çertyojlarını sərbəst oxuma bacarığı;
- AutoCAD proqramında işləmə bacarığı;
- Elektrik avadanlıqları, kabel sistemləri, avtomatika və idarəetmə sistemləri üzrə bilik;
- Yanğından mühafizə sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyası üzrə anlayış;
- Test və commissioning proseslərinin aparılması üzrə praktiki təcrübə;
- Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Azərbaycan Respublikasında tətbiq olunan müvafiq texniki norma və təhlükəsizlik tələbləri barədə bilik;
- MS Office proqramlarında işləmə bacarığı;
- Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı;
- Sürücülük vəsiqəsinin olması arzuolunandır.
Üstünlük veriləcək
- Adresli və konvensional yanğın siqnalizasiya sistemləri üzrə praktiki təcrübə;
- BMS və digər zəif axın sistemləri ilə inteqrasiya təcrübəsi;
- Layihələndirmə və commissioning sahəsində təcrübə;
- Müvafiq beynəlxalq standartlar (NFPA, EN 54 və s.) üzrə bilik;
- Tikinti və mühəndislik layihələrində sahə təcrübəsi.
Şəxsi keyfiyyətlər
- Yüksək məsuliyyət və intizam;
- Texniki düşüncə və analitik yanaşma;
- Detallara diqqət;
- Komanda idarəetmə və koordinasiya bacarığı;
- Sifarişçi və podratçılarla peşəkar kommunikasiya;
- Sərbəst qərarvermə və problem həll etmə bacarığı;
- İşlərin vaxtında və keyfiyyətli icrasına yönümlülük.
İş şəraiti
- İş qrafiki: Tam iş günü
- İş yeri: Bakı
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq, 2000 AZN-dən başlayaraq
- Əmək müqaviləsi: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.