F Fire Safety Caspian Azerbaijan
  • 1.4K

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 18 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: 1100-1200 AZN NET

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Analoji sahə üzrə 3 ay və ya daha çox iş təcrübəsi
  • Yaş həddi: 20 - 45 yaş
  • Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
  • Vergi məcəlləsini bilməli
  • Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı
  • Şirkət daxili departamentlərlə birgə çalışmaq və daxili sifarişləri mütamadi olaraq izləmək 

Vəzifə öhdəlikləri: 

  • Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və         xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir;
  • Əmək haqqı, ezam və son haqq-hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;        
  • Xarici ölkədən idxal olunan malların 1C proqramına işlənməsi;
  • Xarici ölkədən idxal olunan malların gömrük ödənişlərinin hesablanaraq İnternet bakinq və e-taxes vasitəsilə icra edilməsi;
  • Tender üzrə tələb olunan sənədlərin toplanması və iştirk haqqlarının ödənilməsini həyata keçirilməsi;
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
  • Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
  • ƏDV ilə işləmə bacarığı;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Göndərilən məktubun “mövzü” yerində “Mühasib” qeyd edin.

  • Daily81
  • Weekly410
  • Monthly2672