Fire Safety Caspian Azerbaijan Fire Safety Caspian Azerbaijan

Qaynaqçı (Pipe Welder)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qaynaqçı (Pipe Welder)

  • Deadline 30 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Ələt İqtisadi Azad Zona

Tələb olunan sertifikatlar və ixtisaslaşma:

  • Carbon Steel və Stainless Steel boruların qaynağı üzrə etibarlı qaynaqçı sertifikatı;
  • 6G və ya 6GR qaynaq mövqeyi üzrə sertifikat (mütləq);
  • TIG (GTAW) və SMAW (Stick) qaynaq üsulları üzrə etibarlı kvalifikasiya (WQT vərəqəsi);
  • OSHA və ya NEBOSH təhlükəsizlik standartları üzrə ümumi bilik (müvafiq sertifikatların olması üstünlükdür).

İş təcrübəsi və biliklər:

  • Neft-qaz (Oil & Gas) və ya sənaye tikintisi sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • EPC layihələrinin prosedurları, standartları və QA/QC (Keyfiyyətə Təminat/Keyfiyyətə Nəzarət) tələblərinə uyğun işləmək təcrübəsi;
  • Yanğınsöndürmə sistemləri, köpük (Foam) xətləri və yüksək təzyiqli boru kəmərlərinin quraşdırılması üzrə təcrübə;
  • İzometrik çertyojları (Isometric Drawings), qaynaq xəritələrini (Weld Maps) və WPS (Welding Procedure Specification) sənədlərini sərbəst oxumaq və tətbiq etmək bacarığı.

​​​​​​​Texniki bacarıqlar və vəzifə öhdəlikləri:

  • Boru birləşmələrinin qaynağa hazırlanması, təmizlənməsi və düzgün aralığın verilməsi (Fit-up);
  • TIG və SMAW üsulları ilə yüksək keyfiyyətli qaynaq işlərinin yerinə yetirilməsi;
  • Qaynaq tikişlərinin 100% VT (Visual Testing), RT (Radiographic Testing) və UT (Ultrasonic Testing) yoxlamalarının tələblərinə cavab verəcək keyfiyyətdə icra edilməsi;
  • Layihənin texniki sənədlərinə, WPS tələblərinə və təhlükəsizlik qaydalarına riayət etmək.

​​​​​​​Fiziki və digər tələblər:

  • Yüksəklikdə, qapalı məkanlarda (Confined Space) və müxtəlif hava şəraitində işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Layihənin iş qrafikinə və vaxt planına riayət etmək.

Əmək haqqı: razılaşma yoıu ilə

CV və tövsiyə məktublarınızı "Qaynaqçı" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily8
  • Weekly225
  • Monthly8