Vəzifə Öhdəlikləri
- Layihələrin İdarəedilməsi: Konsert, festival və irimiqyaslı tədbirlərin konsept mərhələsindən icrasına qədər bütün prosesin idarə olunması.
- Sənətçi və Tərəfdaş Koordinasiyası: Yerli və xarici sənətçilərlə ünsiyyət, texniki heyət (işıq, səs, səhnə), dekoratorlar və digər tərəfdaşlarla işin koordinasiya edilməsi.
- Logistika və Texniki Nəzarət: Tədbir məkanının idarə edilməsi, texniki avadanlıqların quraşdırılmasına nəzarət və tədbir günü bütün operativ detalların həlli.
- Büdcə Planlaşdırılması: Layihə xərclərinin optimallaşdırılması və maliyyə hesabatlılığının təmin edilməsi.
- Problem Həlli: Canlı tədbirlər zamanı yarana biləcek gözlənilməz halların operativ və soyuqqanlı şəkildə həll edilməsi.
Namizədə dair Tələblər
- Təcrübə: Konsert və ya iri tədbirlərin təşkili sahəsində minimum 3 il peşəkar iş təcrübəsi.
- Dil Bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl bilməli, İngilis dili (xarici sənətçilər və tərəfdaşlarla iş üçün) yüksək səviyyədə olmalıdır.
- Yaradıcılıq və Estetika: Müasir şou-biznes trendlərindən xəbərdar olmaq və vizual mükəmməlliyə önəm vermək.
- Ünsiyyət Bacarığı: Komandanı idarəetmə və fərqli tərəfdaşlarla peşəkar danışıqlar aparmaq bacarığı.
- Dözümlülük: Dinamik iş qrafikinə və gərgin iş rejiminə uyğunlaşmaq qabiliyyəti.
Biz nə təklif edirik?
- Ölkənin ən səs-küylü konsert və tədbirlərində birbaşa imza sahibi olmaq şansı.
- Professional və dinamik bir komandanın üzvü olmaq.
- Genişmiqyaslı layihələrdə karyera inkişafı fürsəti.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunacaqdır.
Maraqlanan namizədlərdən CV və portfoliolarını (həyata keçirdikləri layihələrin siyahısı) mövzu hissəsində "Event Manager - Flame Group" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.