Flarm MMC Flarm MMC
  • 611

Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis

Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis

  • Deadline 6 Fevral 2026

FLARM MMC komandasına “Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. 

İş barədə məlumat:

  • Xarici təchizatçılar (istehsalçılar, rəsmi distribyutorlar və ticarət şirkətləri) ilə yazılı və şifahi danışıqların aparılması, kommersiya şərtlərinin (qiymət, ödəniş, çatdırılma müddəti, zəmanət və s.) razılaşdırılması;
  • Xaricdən mal və xidmətlərin satınalma prosesinin planlaşdırılması, təşkili və icrasına tam nəzarət;
  • Sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsinin təmin edilməsi;
  • Qiymət təkliflərinin (quotation, proforma invoice və s.) toplanması, texniki və kommersiya baxımından müqayisəli təhlilinin aparılması və optimal təchizatçı seçiminin əsaslandırılması;
  • Satınalma müqavilələrinin, sifariş formalarının və digər aidiyyəti sənədlərin hazırlanması, hüquqi və maliyyə şərtlərinə uyğunluğunun yoxlanılması, müqavilə öhdəliklərinin icrasına nəzarət;
  • Mövcud və potensial təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təsdiqlənməsi; təchizatçı bazasının yaradılması, sistemləşdirilməsi və mütəmadi yenilənməsi;
  • Satınalma xərclərinin azaldılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə bazar araşdırmalarının aparılması və optimallaşdırma üzrə təkliflərin hazırlanması;
  • Satınalma əməliyyatları üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, rəhbərliyə analitik məlumatların və tövsiyələrin təqdim edilməsi;
  • Beynəlxalq ticarət qaydaları, Incoterms, ödəniş formaları (LC, TT və s.) üzrə əməliyyatların düzgün icrasına nəzarət;
  • Daxili şöbələrlə (maliyyə, anbar, logistika, istehsalat və s.) koordinasiyalı şəkildə işləyərək satınalma proseslərinin fasiləsizliyinin təmin edilməsi.

Vəzifəyə dair tələblər:

Təcrübə: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Təhsil: Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr).

Texniki səriştələr:

  • Azərbaycan dili, ingilis dili və rus dili(yüksək səviyyədə)biliyi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

Davranış səriştələri:

  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
  • Analitik və strateji düşünmə qabiliyyəti
  • Məsuliyyətlilik və nəticəyönümlülük
  • Vaxtın düzgün idarə olunması və prioritetləşdirmə bacarığı
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı
  • Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
  • Detallara diqqət və yüksək iş intizamı
  • Təşəbbüskarlıq və davamlı inkişaf istəyi

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən 1000-1400 manat olaraq müəyyənləşdiriləcək.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily122
  • Weekly748
  • Monthly770