Memar

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Memar

  • Истекает 16 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
  • Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;
  • Eksteryer, interyer və landşaft layihələri üçün memarlıq konseptlərinin hazırlanması;
  • Yüksək keyfiyyətli 2D və 3D vizuallaşdırmaların (sketch, render, və s.) hazırlanması;
  • Təqdimat üçün qrafik materialların hazırlanması;
  • Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
  • Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis vəzifəsində iş təcrübəsi (2-5 il);
  • Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax,Revit və s.;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün/ 10:00 – 19:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini Portfolioları ilə birgə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Memar başlığı yazaraq göndərə bilərlər.

  • Daily0
  • Weekly124
  • Monthly1420