Vəzifə öhdəlikləri:
- Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
- Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
- Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;
- Eksteryer, interyer və landşaft layihələri üçün memarlıq konseptlərinin hazırlanması;
- Yüksək keyfiyyətli 2D və 3D vizuallaşdırmaların (sketch, render, və s.) hazırlanması;
- Təqdimat üçün qrafik materialların hazırlanması;
- Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
- Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi (2-5 il);
- Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax,Revit və s.;
- Tikinti norma və qaydalarına dair biliklər;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 10:00 – 19:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Maraqlanan namizədlər öz CV-lərini Portfolioları ilə birgə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Memar başlığı yazaraq göndərə bilərlər.