Flazer Flazer
  • 449

Planlama üzrə mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama üzrə mütəxəssis

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin illik tələbləri üzrə planlaşdırılması üçün ilkin məlumatların hazırlanması;
  • Müəssisədə təsərrüfat planlaşdırma işlərinin idarə edilməsinin həyata keçirilməsi;
  • Müəssisədə məhsulun sifarişi, istehsalı və müştəriyə çatdırılması prosesində bütün növ planlama işlərinin koordinasiyasının təşkili;
  • Müştərilərdən daxil olan sifarişlərin fabrikin istehsal gücünə uyğun yerinə yetirilmə qrafiklərinin işlənib-hazırlanması və bu prosesin istehsalat bölməsi ilə əlaqələndirilməsi;
  • Anbar qalıqlarına daima nəzarət etmək və daxil olan sifarişlərin hazırlanması üçün lazım olan xammalın hansı zaman aralıqlarında sifariş edilməsi üçün təchizat şöbəsini məlumatlandırmaq və bu prosesi sistemli şəkildə və preventativ formada idarə etmək;
  • Müəssisənin aidiyyatı struktur bölmələri, o cümlədən, satış, istehsalat, anbar, keyfiyyətə nəzarət və keyfiyyətə təminat, maliyyə və digər aidiyyatı şöbələr ilə planlama məsələləri üzrə əlaqələndirmə işini aparılması;
  • Vahid planlaşdırma prosedurlarının hazırlanması və bununla əlaqədar olaraq sənədlərin tərtib edilməsi;
  • Müəssisədə rasional təsərrüfat fəaliyyətinin təşkilinə, bazarın tələblərinə və lazımi resursları əldə etmək qabiliyyətinə, müəssisənin ən yüksək səmərəliliyinə nail olmaq üçün istehsal ehtiyatlarını aşkara çıxarıb istifadə etməyə yönəlmiş vahid planlaşdırma işlərini koordinasiya etmək;
  • Məhsulların, müştərilərin sifarişlərinə və bağlanmış müqavilələrə, habelə onlar üzrə əsaslandırmalara və hesablamalara uyğun olaraq müəssisənin bölmələri tərəfindən bütün fəaliyyət növləri üzrə cari planların layihələrinin hazırlanmasını koordinasiya etmək;
  • Müəssisənin istehsal, anbar, satış fəaliyyətinin orta və uzunmüddətli kompleks planlarının hazırlanması işini aparmaq, aidiyyatı şöbələrləi koordinasiya etmək;
  •  Planlaşdırılmış hədəflərin müəssisənin aidiyyatı şöbələrinə çatdırılmasını təmin etmək;
  • Müəssisənin müvafiq bölmələri tərəfindən plan tapşırıqları, habelə istehsalat, anbar, satışla bağlı göstəricilərin statistik uçotunun aparılması işlərini sistemli şəkildə yerinə yetirmək;
  • Planlamadan kənarlaşmaların ən az olması üçün daima nəzarətin etmək;
  • Müəssisədə vahid planlama işləri ilə bağlı müvafiq qaydada günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatları hazırlamaq və təqdim etmək;
  • Planlamanın effektivliyini təmin etmək və risklərin aradan qaldırılması məqsədilə daima müvafiq təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Gündəlik istehsal haqda məlumatı istehsalat şöbəsindən almaq və müvafiq sənədləri tərtib etmək;
  • Verilmiş planla istehsal olunmuş məhsullar arasında yaranan hər hansı fərqi analiz etmək və bunun baş vermə səbəblərini araşdırmaq;
  • Müvafiq istehsal planına uyğun ehtiyacları müəyyən etmək və bu barədə səmərəli uçot işlərini aparmaq;
  • Açılmış tələb və sifarişlərin satınalma şöbəsi tərəfindən qarşılanma səviyyəsinə nəzarət etmək və bu barədə şöbə müdirini məlumatlandırmaq.

Namizədə tələblər:

  • İş təcrübəsi: Müraciət edəcək namizədlərin istehsal müəssisəsində planlama sahəsi üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsil: Ali təhsil  
  • Kompüter biliyi: MS Word, MS Excel, MS Powerpoint, MS Outlook və digər ofis proqramları üzrə biliklər zəruridir. İstehsalatın idarə edilməsi üzrə müvafiq proqramlar (məsələn, 1C, Logix və s.) üzrə biliklərə sahib namizədlərə üstünlük veriləcəkdir.
  • Dil biliyi: Azərbaycan və Rus dili
  • Məsuliyyətli, dəqiq, kollektivlə işləmək bacarığının olması;
  • Təşkilatçılıq bacarıqları;
  • Yüksək ünsiyyət və davranış bacarığı;
  • Təqdimat və təsiretmə bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı: 6 günlük, 08:00-17:00
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M
  • Əmək haqqı: Razılaşma yolu ilə (Namizədin bilik və bacarığına uyğun olaraq)
  • Şirkət tərəfindən nahar ilə təmin edilir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Planlama üzrə mütəxəssis" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363