FlexPro MMC FlexPro MMC
  • 227

FlexPro MMC

Tikinti

Mühəndis / Konstruktor (CAD/CAM Engineer)

Mühəndis / Konstruktor (CAD/CAM Engineer)

  • Deadline 10 Yanvar 2026

İş yeri: İstehsalat sahəsi (zavod) Zabrat qəsəbəsi

Vəzifə Öhdəlikləri:

  • Müştəri tərəfindən təqdim olunan çertyojların (DXF, DWG, STEP və s.) işlənməsi, təmizlənməsi və istehsala uyğunlaşdırılması
  • Lazer kəsim prosesləri üçün faylların hazırlanması
  • Profil xətti üçün kalıp və ölçü optimizasiyasının aparılması
  • SolidWorks, AutoCAD və Inventor proqramlarında 3D modelləmə və konstruksiya işlərinin icrası
  • Lazer operatorlarına istehsal tapşırıqlarının hazırlanması və ötürülməsi
  • Texniki sənədləşmənin hazırlanması (TS, material siyahısı, ölçü kartı və s.)
  • İstehsalat müdiri ilə birlikdə texnoloji xəttin optimallaşdırılması
  • Yeni məhsullar üzrə prototiplərin hazırlanması və test proseslərində iştirak
  • İstehsalatda səmərəliliyin artırılması üçün texniki təkliflər vermək

Tələblər:

  • Mexaniki mühəndislik, konstruktorluq və ya əlaqəli sahə üzrə ali təhsil
  • SolidWorks, AutoCAD, Inventor proqramlarında sərbəst işləmə bacarığı
  • Lazer kəsim, CNC və istehsalat prosesləri haqqında anlayışın olması
  • Çertyoj oxuma, təhlil etmə və istehsala hazırlama bacarıqları
  • DXF, DWG, STEP formatları ilə işləmə təcrübəsi
  • İstehsalat sahəsində minimum 1–3 il iş təcrübəsi (arzuolunandır)
  • Texniki düşüncə tərzi, məsuliyyətlilik və detallara diqqət
  • Komanda ilə işləmək bacarığı və operativlik

Şirkət təklif edir:

  • Stabil və inkişaf yönümlü istehsalat mühitində iş imkanı
  • Aylıq əmək haqqı: Müsahibə nəticəsinə əsasən
  • Rəsmi məşğulluq və əmək müqaviləsi
  • Könüllü Tibbi sığorta paketi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily91
  • Weekly460
  • Monthly1028