Tətbiq və Təlim üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tətbiq və Təlim üzrə Mütəxəssis

  • Deadline 10 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş formatı: ofis işi və müştərilərin ünvanına müntəzəm səfərlər

İş təcrübəsi: mütləq deyil; mühasibatlıq və ya IT sahəsində təcrübə üstünlükdür

FleyLab proqram məhsullarını müştəriyə təqdim etməzdən əvvəl test edəcək, daha sonra isə müştərinin əməkdaşlarına sistemdən düzgün istifadəni öyrədəcək mütəxəssis axtarır.

Bu vəzifə iki əsas istiqaməti birləşdirir:

  • Sistemin təlimdən əvvəl test mühitində funksional yoxlanılması.
  • Müştərinin əməkdaşlarına sistem üzrə praktiki təlim keçirilməsi.

Namizəd sistemi müştərinin qarşısında ilk dəfə yoxlamamalıdır. Təlim başlamazdan əvvəl bütün əsas istifadəçi rolları və iş ssenariləri test edilməli, aşkar edilən problemlər qeydə alınaraq texniki komandaya çatdırılmalıdır.

İş vaxtının təxminən 50–70%-i müştərilərin ünvanında keçirilən təlimlərdən və sahə işindən ibarət ola bilər.

Vəzifənin əsas məqsədi

  • Sistemin müştəriyə təqdim edilməzdən əvvəl düzgün işlədiyini yoxlamaq, müştərinin əməkdaşlarına sistemdən müstəqil istifadə etməyi öyrətmək və aşkarlanmış problemləri strukturlaşdırılmış şəkildə komandaya təqdim etmək.

Vəzifə öhdəlikləri

  • Şirkətin proqram məhsulunu, modullarını, istifadəçi rollarını, giriş hüquqlarını və əsas iş ssenarilərini dərindən öyrənmək.
  • Hər təlimdən əvvəl müştərinin konfiqurasiyasına uyğun hazırlanmış test mühitində sistemi yoxlamaq.
  • Təlim keçiriləcək hər bir istifadəçi rolu üzrə ssenariləri başlanğıcdan sona qədər yerinə yetirmək.
  • Məlumatların daxil edilməsi, dəyişdirilməsi, silinməsi, əməliyyatların ləğvi və nəticələrin formalaşması kimi əsas funksiyaları test etmək.
  • Aşkarlanmış nasazlıqları, məntiqi uyğunsuzluqları və anlaşılmaz məqamları təlimdən əvvəl qeydə almaq.
  • Problemləri ekran görüntüləri, təkrarlanma addımları və vaciblik dərəcəsi ilə texniki komandaya təqdim etmək.
  • Sistem hazır olduqdan sonra müştərinin əməkdaşlarına istifadəçi rolları üzrə praktiki təlim keçmək.
  • Təlim zamanı istifadəçilərin suallarını cavablandırmaq.
  • Dərhal cavablandırılması mümkün olmayan sualları dəqiq qeyd etmək və razılaşdırılmış müddətdə cavabla geri qayıtmaq.
  • Texniki nasazlığı, istifadəçi səhvini, izah çatışmazlığını və yeni funksiya tələbini bir-birindən ayırmaq.
  • Müştərilərin təklif və rəylərini toplamaq.
  • Hər səfərdən sonra bir iş günü ərzində test və təlim nəticələri üzrə hesabat hazırlamaq.
  • İstifadəçi təlimatları və ekran videosu formatında təlim materialları hazırlamaq və yeniləmək.
  • Təlimdən 1–2 həftə sonra müştəri ilə əlaqə saxlayaraq sistemdən faktiki istifadə vəziyyətini yoxlamaq.

Namizədə tələblər

  • Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət.
  • Rus dilində sərbəst şifahi və yazılı ünsiyyət.
  • İngilis dilini yaxşı səviyyədə bilmək.
  • Mürəkkəb məlumatı sadə və anlaşılan dildə izah etmək bacarığı.
  • Diqqətli olmaq və sistemdəki uyğunsuzluqları aşkar edə bilmək.
  • Fikirləri strukturlaşdırılmış və savadlı şəkildə yazılı ifadə etmək bacarığı.
  • Kompüterdən və veb tətbiqlərdən inamlı istifadə.
  • Ekran görüntüsü və ekran videosu hazırlamaq bacarığı.
  • Məsuliyyətlilik, dürüstlük və qeydlərin aparılmasında intizam.
  • Güclü ünsiyyət bacarıqları və stresli vəziyyətlərdə peşəkar davranış.
  • Ölkə daxilində müntəzəm işgüzar səfərlərə hazır olmaq.

Təhsil və iş təcrübəsi

İş təcrübəsi tələb olunmur. Mühasibatlıq və ya informasiya texnologiyaları sahəsində iş təcrübəsi arzuolunandır və üstünlük hesab olunur.

Ali təhsil arzuolunandır. Aşağıdakı istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş namizədlərə üstünlük verilir:

  • İnformasiya texnologiyaları;
  • kompüter elmləri;
  • informasiya sistemləri;
  • mühəndislik;
  • mühasibat uçotu;
  • maliyyə və iqtisadiyyat.

Təhsil qrafiki müntəzəm işgüzar səfərlərə mane olmadığı halda son kurs tələbələri və magistrantlar da nəzərdən keçirilə bilər.

Üstünlük hesab olunur

  • Mühasibatlıq və ya IT sahəsində iş təcrübəsi.
  • Proqram təminatının funksional və ya manual test edilməsi üzrə baza anlayışları.
  • Texniki dəstək və ya müştərilərlə sahə işi təcrübəsi.
  • CRM, ERP və ya digər korporativ sistemlərlə iş təcrübəsi.
  • Təlim, təqdimat və ya müəllimlik təcrübəsi.
  • SQL, API və sistem logları haqqında baza bilikləri.
  • İstifadəçi təlimatlarının və ekran videolarının hazırlanması təcrübəsi.

Şirkət nə təklif edir?

  • İş təcrübəsi olmayan namizədlər üçün strukturlaşdırılmış təlim və adaptasiya proqramı.
  • Sistem testi və müştəri təlimi üzrə praktiki hazırlıq.
  • Hazır video materiallar, test ssenariləri, yoxlama siyahıları və hesabat şablonları.
  • İlk müştəri səfərləri zamanı təcrübəli əməkdaşın dəstəyi.
  • Proqram məhsullarının tətbiqi, test edilməsi və müştəri təlimi üzrə praktiki təcrübə.

Seçim mərhələsində namizədin sistemi yoxlama, məlumatı izah etmə və yazılı hesabat hazırlama bacarıqlarını qiymətləndirmək üçün qısa praktiki tapşırıq təqdim oluna bilər.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlərMövzu: “Tətbiq və Təlim üzrə Mütəxəssis”.

  • Daily104
  • Weekly104
  • Monthly703