Şirkət: “Hotels Qrup” MMC-nin “FLY INN Baku” mehmanxanası
Tələblər:
- Xoş ünsiyyət bacarığı;
- Gülərüz və mehriban olmaq;
- Operativlik;
- Tərcihən otelçilik sahəsində iş təcrübəsi;
- Nizam-intizam;
- Komanda ilə işləmək bacarığı;
- Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı;
- Səliqəli görünüm;
- Yeniliklərə açıq olmaq.
Vəzifə öhdəlikləri:
- Mehmanananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək;
- Mehmanxananın menyularında olan bütün qida məmulatları ilə tanış olmaq.
- Standart reseptlərə uyğun olaraq, göstəriş verilən yeməklərin hazırlanması.
- Mehmanxananın yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
- Xüsusi yeməklərin hazırlanması metodları və tərkibi ilə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün qədər çevik olmaq.
- Baş aşpaz, Baş aşpazın köməkçisi və ya Mətbəxdə bölmə başçısı tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək.
- Təyin edilmiş ərazi və ya bölmənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək
- Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş qrafiki:
- 3 növbəli iş rejimi (həftədə 2 istirahət günü; 8 saatlıq iş rejimi ilə);
- Əmək haqqı müsahibə zamanı bildiriləcək
- Axşam və gecə növbəsinə uyğun olaraq əmək haqqına əlavə;
- Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Aşpaz” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.