Nəyi bilməlidir:
- Qida Təhlükəsizlik Qaydalarını;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini;
Nəyi bacarmalıdır:
- Çeviklik;
- Davranış və ünsiyyət;
- Təhliletmə;
- Fiziki dözüm;
Xüsusi tələblər:
- Uyğun sahə üzrə peşə təhsili;
- Yaş həddi: 20-30 yaş;
Gözlənilən davranışlar:
- Gigiyenik qaydalara əməl etmək;
- Nizam-intizamlı;
- Nəticəyönümlü;
- Komandada işləmə bacarığı;
İş şəraiti:
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu;
- İş qrafiki: 3 növbəli;
- Əmək haqqı: Müsahibə əsasında;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
- Azərbaycan Respublikası ƏM-nə müvafiq sənədləşmə.
Vəzifə öhdəliyi:
- Mehmanxananın menyularında olan bütün qida məmulatları ilə tanış olmaq.
- Standart reseptlərə uyğun olaraq, göstəriş verilən yeməklərin hazırlanması.
- Mehmanxananın yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
- Xüsusi yeməklərin hazırlanması metodları və tərkibi ilə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün qədər çevik olmaq.
- Baş aşpaz, Baş aşpazın köməkçisi və ya Mətbəxdə bölmə başçısı tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək.
- Təyin edilmiş ərazi və ya bölmənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
- Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
- “Biz bir komandayıq!” şüarı altında digər işçilər və digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək
- Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq.
Tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində “Aşpaz” qeyd etməklə mail-ə göndərə bilərlər.