Qəbul və qeydiyyat şöbəsinin operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qəbul və qeydiyyat şöbəsinin operatoru

  • Deadline 16 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: “Hotels Qrup” MMC “FLY INN Baku” mehmanxanası

Bilməlidir:

  • Azərbaycan dili, İngilis dili və Rus dili;
  • Opera programı bilmək üstünlükdür.

Bacarmalıdır:

  • Analitik düşüncə qabiliyyəti; 
  • Operativlik;
  • Diqqətcil olmaq; 
  • Məsuliyyət səriştəsinə sahib olmaq.

Gözlənilən davranışlar:

  • Miqrasiya və viza qaydaları haqqında məlumatlı olmaq; 
  • Yaxşı ünsiyyət və təşkilatçılıq bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Diqqətlilik və məxfilik prinsiplərinə riayət.

Vəzifə öhdəlikləri:

  • Xarici qonaqların otelə daxil olduqda pasport və viza məlumatlarını yoxlamaq və qeydiyyata almaq
  • Qonaqların qalma müddətinə uyğun miqrasiya qaydalarına riayət edilməsini təmin etmək
  • Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti qurumlarla əməkdaşlıq etmək;
  • Gündəlik və aylıq miqrasiya hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.;
  • Qonaqlardan toplanan şəxsi məlumatların məxfilik prinsiplərinə uyğun qorunmasını təmin etmək;
  • Otelin qəbul və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləmək;
  • Xarici vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına əməl etmək və yüksək səviyyədə xidmət göstərmək;
  • Miqrasiya qaydalarındakı dəyişiklikləri izləmək və rəhbərliyi məlumatlandırmaq;
  • Qonaqlara viza, qeydiyyat və digər miqrasiya məsələləri üzrə ilkin məlumat dəstəyi göstərmək;
  • Təcili vəziyyətlərdə (viza bitməsi, sənəd itkisi və s.) operativ tədbirlər görmək və rəhbərliyə hesabat vermək.

İş qrafiki:

  • Növbəli iş qrafiki
  • Əmək haqqı: Müsahibə zamanı bildiriləcək.
  • Nahar şirkət tərəfindən verilir;
  • İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.

Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qəbul və qeydiyyat şöbəsinin operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily133
  • Weekly241
  • Monthly1818