Şirkət: “Hotels Qrup” MMC “FLY INN Baku” mehmanxanası
Bilməlidir:
- Azərbaycan dili, İngilis dili və Rus dili;
- Opera programı bilmək üstünlükdür.
Bacarmalıdır:
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik;
- Diqqətcil olmaq;
- Məsuliyyət səriştəsinə sahib olmaq.
Gözlənilən davranışlar:
- Miqrasiya və viza qaydaları haqqında məlumatlı olmaq;
- Yaxşı ünsiyyət və təşkilatçılıq bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı;
- Diqqətlilik və məxfilik prinsiplərinə riayət.
Vəzifə öhdəlikləri:
- Xarici qonaqların otelə daxil olduqda pasport və viza məlumatlarını yoxlamaq və qeydiyyata almaq
- Qonaqların qalma müddətinə uyğun miqrasiya qaydalarına riayət edilməsini təmin etmək
- Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti qurumlarla əməkdaşlıq etmək;
- Gündəlik və aylıq miqrasiya hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.;
- Qonaqlardan toplanan şəxsi məlumatların məxfilik prinsiplərinə uyğun qorunmasını təmin etmək;
- Otelin qəbul və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləmək;
- Xarici vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına əməl etmək və yüksək səviyyədə xidmət göstərmək;
- Miqrasiya qaydalarındakı dəyişiklikləri izləmək və rəhbərliyi məlumatlandırmaq;
- Qonaqlara viza, qeydiyyat və digər miqrasiya məsələləri üzrə ilkin məlumat dəstəyi göstərmək;
- Təcili vəziyyətlərdə (viza bitməsi, sənəd itkisi və s.) operativ tədbirlər görmək və rəhbərliyə hesabat vermək.
İş qrafiki:
- Növbəli iş qrafiki
- Əmək haqqı: Müsahibə zamanı bildiriləcək.
- Nahar şirkət tərəfindən verilir;
- İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qəbul və qeydiyyat şöbəsinin operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.