Bilməlidir:
- Azərbaycan dili, İngilis dili və Rus dili;
- Opera programı bilmək üstünlükdür.
Bacarmalıdır:
- Ünsiyyət bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik;
- Diqqətcil olmaq;
- Məsuliyyət səriştəsinə sahib olmaq.
Xüsusi tələb:
- Satış və ya ictimaiyyətlə əlaqələrdə, tərcihən qonaqpərvərlik və ya səyahət sahəsində iş təcrübəsi
Gözlənilən davranışlar:
- Nizam-intizam;
- Stresə dözümlülük;
- Gülərüz və mehriban olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Səliqəli görünüm;
- Yeniliklərə açıq olmaq
Vəzifə öhdəlikləri:
- Qonaq şikayətləri ilə bağlı izləri daim təqib etmək və qonaq profili qeydlərini lazımi məlumatlarla yeniləmək;
- Şikayətləri və xüsusi müştərilərin istəklərini həll etmək;
- Xidmət səviyyələri barədə rəy almaq üçün qonaqlar ilə qarşılıqlı əlaqə qururulması;
- Qonaqların otaqla bağlı yaranan problemlərini həll etmək;
- Rezervasiyalar etmək, nəqliyyat təşkil etmək və yerli fəaliyyətlər barədə tövsiyələr vermək;
- Housekeeping, yemək və içki və digər departamentlərlə əməkdaşlıq edərək qonaq məmnuniyyətini təmin etmək;
- Çıxış prosesini idarə edərək təşəkkür etmək və rəy almaq.
İş qrafiki:
- İş qrafiki: 1 növbəli (İş və istirahət vaxtı növbəli iş qrafikinə əsasən müəyyən edilir)
- Əmək haqqı: Müsahibə əsasında bildiriləcək.
- Nahar şirkət tərəfindən verilir;
- İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qonaqla əlaqələr üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.