Vəzifə öhdəlikləri:
- Daxili və xarici tur paketlərinin satışını həyata keçirmək
- Müştərilərlə effektiv ünsiyyət qurmaq və ehtiyaclarını müəyyən etmək
- Müştərilərə uyğun tur və xidmətlər təklif etmək
- Sosial şəbəkələr və digər platformalardan daxil olan sorğuları operativ cavablandırmaq
- Satış hədəflərini yerinə yetirmək
- Müştəri bazasını inkişaf etdirmək və davamlı əlaqəni təmin etmək
Tələblər:
- Turizm və ya satış sahəsində minimum 1 il iş təcrübəsi
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Azərbaycan dili səlis, rus və/ya ingilis dili biliyi arzuolunandır
- Kompüter bilikləri (MS Office)
- Məsuliyyətli, punktual və komanda ilə işləmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600-1500 Azn və bonus sistemi
- Karyera yüksəlişi imkanı
- Komfortlu ofis şəraiti
Namizədlər CV-lərini “Satış Meneceri” Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.