"Focus Engineering & Construction" MMC həyata keçirdiyi iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, intizamlı və səyyar iş rejiminə uyğunlaşa biləcək Geoloq axtarır.
Namizədə dair tələblər:
- Geologiya üzrə ali təhsil (bakalavr və ya magistr);
- Sahə geologiyası və geotexniki işlər üzrə ən azı 3 il iş təcrübəsi
- Torpaq və süxur nümunələrinin təhlili üzrə biliklər;
- Komandada işləmək bacarığı və operativ qərarvermə qabiliyyəti;
- Ezamiyyət rejimində işləmək imkanının olması;
- İngilis və ya rus dillərindən birini mütləq şəkildə bilmək.
Vəzifə öhdəlikləri:
- Layihə sahəsində geoloji tədqiqatların aparılması və nəticələrin təhlili;
- Torpaq və süxur nümunələrinin toplanması, təsnifatı və laboratoriyalara göndərilməsi;
- Geotexniki və geoloji hesabatların hazırlanmasında iştirak;
- Geoloji xəritələrin və digər texniki sənədlərin işlənməsi;
- Çöl testlərinin yerinə yetirilməsi, emalı və interpretasiyası;
- Tikinti və mühəndis komandası ilə məlumatların koordinasiyası.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Tələblərə uyğun namizədlərdən CV-lərini, e-mailin mövzu hissəsində “Geoloq” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.