İş barədə məlumat:
Tikinti layihələrinin planlaşdırılması, icrası və nəzarətində yüksək peşəkarlıq nümayiş etdirə biləcək, məsuliyyətli və təşəbbüskar Layihə rəhbəri axtarırıq.
Namizədə dair tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi ixtisası üzrə);
- Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
- Yüksək təşkilatçılıq bacarığı və komanda ilə işləmək qabiliyyəti;
- Tikinti layihələrinin idarə olunması üzrə praktiki bilik və təcrübə.
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi nəzarət;
- İşlərin layihəyə uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin təmin edilməsi;
- Layihə üzrə texniki sənədlərin hazırlanması və icrasına nəzarət;
- İş həcmlərinin, material və texniki resursların planlaşdırılması;
- Layihə ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur.
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini emailin mövzu hissəsində “Layihə rəhbəri” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.