Focus Engineering & Construction MMC Focus Engineering & Construction MMC

Surveyor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Surveyor

  • Deadline 29 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Focus Engineering & Construction" MMC, həyata keçirdiyimiz iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Surveyor axtarırıq.

Namizədə dair tələblər:

  • Geodeziya, Topoqrafiya, Yerquruluşu və Kadastr və ya müvafiq sahə üzrə ali təhsil;
  • Survey və geodeziya işləri üzrə minimum 3 il iş təcrübəsi;
  • GPS/GNSS, Total Station, Nivelir və digər ölçmə avadanlıqları ilə işləmək bacarığı;
  • ArcGIS, QGIS və ya digər GIS proqram təminatlarından istifadə bacarığı;
  • Məkan məlumatlarının emalı və xəritələşdirilməsi üzrə biliklər;
  • AutoCAD, Civil 3D və digər müvafiq proqram təminatlarından istifadə bacarığı;
  • Ölçmə nəticələrinin emalı və texniki sənədlərin hazırlanması üzrə biliklər;
  • Komandada işləmək, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
  • Ezamiyyət rejimində işləmək imkanı;
  • İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Layihə sahələrində geodeziya və survey ölçmə işlərinin həyata keçirilməsi;
  • Koordinat və hündürlük ölçmələrinin aparılması və məlumatların emalı;
  • Topoqrafik planların, icra sxemlərinin və ölçmə hesabatlarının hazırlanması;
  • Tikinti işlərinin layihəyə uyğunluğunun geodeziya baxımından yoxlanılması;
  • Ölçmə avadanlıqlarının kalibrlənməsi və düzgün istismarının təmin edilməsi;
  • Layihə və tikinti komandaları ilə koordinasiyalı şəkildə işləmək.
  • Geodeziya və survey məlumatlarının GIS platformalarında emalı və təhlilini həyata keçirmək;
  • GIS məlumat bazalarının yaradılması, yenilənməsi və layihə komandası ilə koordinasiyalı şəkildə idarə olunmasında iştirak etmək.

Əmək haqqı və şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.

Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Surveyor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily95
  • Weekly327
  • Monthly2596