"Focus Engineering & Construction" MMC, həyata keçirdiyimiz iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Surveyor axtarırıq.
Namizədə dair tələblər:
- Geodeziya, Topoqrafiya, Yerquruluşu və Kadastr və ya müvafiq sahə üzrə ali təhsil;
- Survey və geodeziya işləri üzrə minimum 3 il iş təcrübəsi;
- GPS/GNSS, Total Station, Nivelir və digər ölçmə avadanlıqları ilə işləmək bacarığı;
- ArcGIS, QGIS və ya digər GIS proqram təminatlarından istifadə bacarığı;
- Məkan məlumatlarının emalı və xəritələşdirilməsi üzrə biliklər;
- AutoCAD, Civil 3D və digər müvafiq proqram təminatlarından istifadə bacarığı;
- Ölçmə nəticələrinin emalı və texniki sənədlərin hazırlanması üzrə biliklər;
- Komandada işləmək, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Ezamiyyət rejimində işləmək imkanı;
- İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Layihə sahələrində geodeziya və survey ölçmə işlərinin həyata keçirilməsi;
- Koordinat və hündürlük ölçmələrinin aparılması və məlumatların emalı;
- Topoqrafik planların, icra sxemlərinin və ölçmə hesabatlarının hazırlanması;
- Tikinti işlərinin layihəyə uyğunluğunun geodeziya baxımından yoxlanılması;
- Ölçmə avadanlıqlarının kalibrlənməsi və düzgün istismarının təmin edilməsi;
- Layihə və tikinti komandaları ilə koordinasiyalı şəkildə işləmək.
- Geodeziya və survey məlumatlarının GIS platformalarında emalı və təhlilini həyata keçirmək;
- GIS məlumat bazalarının yaradılması, yenilənməsi və layihə komandası ilə koordinasiyalı şəkildə idarə olunmasında iştirak etmək.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Surveyor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.