Focus Engineering & Construction MMC Focus Engineering & Construction MMC

Topoqraf

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Topoqraf

  • Deadline 29 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Focus Engineering & Construction" MMC, həyata keçirdiyimiz iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Topoqraf axtarırıq.

Namizədə dair tələblər:

  • Geodeziya, Topoqrafiya, Yerquruluşu və Kadastr və ya müvafiq sahə üzrə ali təhsil;
  • Topoqrafik ölçmə işləri üzrə ən azı 3 il iş təcrübəsi 
  • GPS/GNSS, Total Station, Nivelir və digər geodeziya avadanlıqları ilə işləmək bacarığı;
  • ArcGIS, QGIS və ya digər GIS proqram təminatlarından istifadə bacarığı üstünlükdür;
  • AutoCAD, Civil 3D və ya digər geodeziya proqramlarından istifadə bacarığı;
  • Topoqrafik planların və icra sxemlərinin hazırlanması üzrə biliklər;
  • Komandada işləmək bacarığı, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti;
  • Ezamiyyət rejimində işləmək imkanının olması;
  • İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Layihə sahələrində topoqrafik və geodeziya ölçmə işlərinin aparılması;
  • GPS/GNSS, Total Station və digər geodeziya cihazları vasitəsilə koordinat və hündürlük ölçmələrinin həyata keçirilməsi;
  • Topoqrafik planların, xəritələrin və icra sxemlərinin hazırlanması;
  • Ölçmə nəticələrinin emalı, təhlili və texniki hesabatların hazırlanması;
  • Tikinti prosesində geodeziya nəzarətinin həyata keçirilməsi;
  • Layihə və tikinti komandaları ilə koordinasiyalı şəkildə işləmək;
  • Geodeziya avadanlıqlarının düzgün istismarının və saxlanmasının təmin edilməsi.
  • Topoqrafik və geodeziya məlumatlarının GIS mühitində emalı, təhlili və yenilənməsində iştirak etmək;
  • Layihələr üzrə GIS məlumat bazalarının hazırlanmasına və idarə olunmasına dəstək vermək.

Əmək haqqı və şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.

Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Topoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily93
  • Weekly325
  • Monthly2594