"Focus Engineering & Construction" MMC, həyata keçirdiyimiz iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Topoqraf axtarırıq.
Namizədə dair tələblər:
- Geodeziya, Topoqrafiya, Yerquruluşu və Kadastr və ya müvafiq sahə üzrə ali təhsil;
- Topoqrafik ölçmə işləri üzrə ən azı 3 il iş təcrübəsi
- GPS/GNSS, Total Station, Nivelir və digər geodeziya avadanlıqları ilə işləmək bacarığı;
- ArcGIS, QGIS və ya digər GIS proqram təminatlarından istifadə bacarığı üstünlükdür;
- AutoCAD, Civil 3D və ya digər geodeziya proqramlarından istifadə bacarığı;
- Topoqrafik planların və icra sxemlərinin hazırlanması üzrə biliklər;
- Komandada işləmək bacarığı, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti;
- Ezamiyyət rejimində işləmək imkanının olması;
- İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Layihə sahələrində topoqrafik və geodeziya ölçmə işlərinin aparılması;
- GPS/GNSS, Total Station və digər geodeziya cihazları vasitəsilə koordinat və hündürlük ölçmələrinin həyata keçirilməsi;
- Topoqrafik planların, xəritələrin və icra sxemlərinin hazırlanması;
- Ölçmə nəticələrinin emalı, təhlili və texniki hesabatların hazırlanması;
- Tikinti prosesində geodeziya nəzarətinin həyata keçirilməsi;
- Layihə və tikinti komandaları ilə koordinasiyalı şəkildə işləmək;
- Geodeziya avadanlıqlarının düzgün istismarının və saxlanmasının təmin edilməsi.
- Topoqrafik və geodeziya məlumatlarının GIS mühitində emalı, təhlili və yenilənməsində iştirak etmək;
- Layihələr üzrə GIS məlumat bazalarının hazırlanmasına və idarə olunmasına dəstək vermək.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Topoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.