İş yeri: Xudat şəhəri
Vəzifə öhdəlikləri:
- İdxal və ixrac yüklərinin gömrük rəsmiləşdirilməsi prosesini həyata keçirmək və izləmək;
- Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri toplamaq, yoxlamaq və təqdim etmək;
- İdxal olunan yüklər üzrə AQTA ilə bağlı müraciət və sənədləşmə proseslərini həyata keçirmək, tələb olunan sənədləri hazırlamaq və prosesin nəticəsini izləmək;
- Yüklərin gömrükdən çıxarılması və müştəriyə təhvil verilməsini təmin etmək;
- Gömrük orqanları və aidiyyəti qurumlarla sənədləşmə və zəruri işləri həyata keçirmək;
- Müştərilərlə yükün rəsmiləşdirilməsi və təhvil verilməsi ilə bağlı əlaqə saxlamaq;
- Gömrük rəsmiləşdirilməsi zamanı yaranan məsələlərin operativ həllində iştirak etmək;
- Rəsmiləşdirilmiş yüklərlə bağlı sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək.
Namizədə tələblər:
- Broker və ya gömrük sahəsində iş təcrübəsi arzuolunandır;
- Gömrük rəsmiləşdirilməsi və sənədləşmə prosesləri haqqında anlayış;
- Sənədlərlə işləmək bacarığı və diqqətlilik;
- Məsuliyyətli, operativ və işgüzar olmaq;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Foodcity Agro Complex (Xudat şəhəri)
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00–18:00
- Əmək haqqı: 600 AZN + bonus
Tələblərə uyğun namizədlər CV-lərini “Broker - Xudat” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.