Data analitikası üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Data analitikası üzrə aparıcı mütəxəssis

  • Deadline 2 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan bilik, bacarıq, təcrübə: 

  • Müvafiq ixtisas üzrə ali təhsil (Statistika, Riyaziyyat, İnformatika, Biznesin idarə edilməsi və s.); 
  • Data analitikası sahəsində minimum 2 il iş təcrübəsi; 
  • Anbar idarəetməsi, İstehsalat, Logistika sahələrində təcrübənin olması üstünlükdür
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, VBA); 
  • Power BI proqramını yüksək səviyyədə bilmək (Tableau biliyi üstünlükdür);
  • SQL, Python və ya R üzrə işləmək bacarığı;  
  • Analitik düşünmə, məlumatların təhlili və təqdimat bacarıqları; 
  • Azərbaycan dilini əla, ingilis dilini orta səviyyədə bilmək (rus dili üstünlükdür).

Vəzifə öhdəlikləri:

  • Şirkətin strateji və əməliyyat qərarlarının qəbulunu dəstəkləmək məqsədilə məlumatların təhlilini aparmaq və analitik nəticələr hazırlamaq; 
  • Mürəkkəb analitik nəticələri rəhbərlik və aidiyyəti tərəflər üçün aydın, anlaşılan və vizual şəkildə təqdim etmək; 
  • Məlumatların keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və data təmizləmə proseslərini həyata keçirmək; 
  • Biznes bölmələri ilə əməkdaşlıq edərək analitik ehtiyacları müəyyənləşdirmək və uyğun həllər hazırlamaq; 
  • KPI-ların hazırlanmasında, monitorinqində və performans göstəricilərinin təhlilində iştirak etmək; 
  • Əməliyyatların səmərəliliyinin artırılması üçün analitik yanaşmalar tətbiq etmək və inkişaf imkanları üzrə təkliflər vermək; 
  • Dashboard, hesabat və digər analitik alətlərin hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək; 
  • Gənc və orta səviyyəli data analitiklərinə metodoloji dəstək göstərmək və bilik paylaşımında iştirak etmək; 
  • Data analitikası sahəsində yeni texnologiyaları və qabaqcıl təcrübələri izləmək, uyğun həllərin tətbiqinə təşəbbüs göstərmək; 
  • Fəaliyyət üzrə dövri hesabatlar hazırlamaq, görülmüş işlər və əldə olunan nəticələr barədə rəhbərliyi məlumatlandırmaq.

Təminat və əlavə üstünlüklər:

  • Könüllü tibbi sığorta (3 ay sonra);
  • “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;

İş qrafiki:

  • Həftə içi 5 gün

Ünvan: “Çıraq Plaza” Biznes mərkəzi

Vakansiya ilə bağlı “Data analitikası üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily19
  • Weekly614
  • Monthly1678