Tələb olunan bilik, bacarıq, təcrübə:
- Müvafiq ixtisas üzrə ali təhsil (Statistika, Riyaziyyat, İnformatika, Biznesin idarə edilməsi və s.);
- Data analitikası sahəsində minimum 2 il iş təcrübəsi;
- Anbar idarəetməsi, İstehsalat, Logistika sahələrində təcrübənin olması üstünlükdür
- Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, VBA);
- Power BI proqramını yüksək səviyyədə bilmək (Tableau biliyi üstünlükdür);
- SQL, Python və ya R üzrə işləmək bacarığı;
- Analitik düşünmə, məlumatların təhlili və təqdimat bacarıqları;
- Azərbaycan dilini əla, ingilis dilini orta səviyyədə bilmək (rus dili üstünlükdür).
Vəzifə öhdəlikləri:
- Şirkətin strateji və əməliyyat qərarlarının qəbulunu dəstəkləmək məqsədilə məlumatların təhlilini aparmaq və analitik nəticələr hazırlamaq;
- Mürəkkəb analitik nəticələri rəhbərlik və aidiyyəti tərəflər üçün aydın, anlaşılan və vizual şəkildə təqdim etmək;
- Məlumatların keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və data təmizləmə proseslərini həyata keçirmək;
- Biznes bölmələri ilə əməkdaşlıq edərək analitik ehtiyacları müəyyənləşdirmək və uyğun həllər hazırlamaq;
- KPI-ların hazırlanmasında, monitorinqində və performans göstəricilərinin təhlilində iştirak etmək;
- Əməliyyatların səmərəliliyinin artırılması üçün analitik yanaşmalar tətbiq etmək və inkişaf imkanları üzrə təkliflər vermək;
- Dashboard, hesabat və digər analitik alətlərin hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək;
- Gənc və orta səviyyəli data analitiklərinə metodoloji dəstək göstərmək və bilik paylaşımında iştirak etmək;
- Data analitikası sahəsində yeni texnologiyaları və qabaqcıl təcrübələri izləmək, uyğun həllərin tətbiqinə təşəbbüs göstərmək;
- Fəaliyyət üzrə dövri hesabatlar hazırlamaq, görülmüş işlər və əldə olunan nəticələr barədə rəhbərliyi məlumatlandırmaq.
Təminat və əlavə üstünlüklər:
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
İş qrafiki:
- Həftə içi 5 gün
Ünvan: “Çıraq Plaza” Biznes mərkəzi
Vakansiya ilə bağlı “Data analitikası üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.