Tələblər:
- Maliyyə, mühasibat uçotu, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
- Debitor borcların idarə edilməsi və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində sərbəst;
- Analitik düşünmə, diqqətlilik və rəqəmlərlə işləmə bacarığı;
- Müştərilərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Hüquq üzrə biliklər üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş aylıq debitor borc yığım planlarının icrasını təmin etmək;
- Borclularla telefon, rəsmi yazışma və görüşlər vasitəsilə əlaqə saxlayaraq ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Müştərilər üzrə debitor borcların gündəlik uçotunu aparmaq və məlumatların düzgünlüyünü təmin etmək;
- Müştərilərin ödəniş qrafiklərinə nəzarət etmək və gecikmiş ödənişlər üzrə müvafiq tədbirlər görmək;
- Debitor borcların yaşlandırma analizini aparmaq, riskli və problemli borcları müəyyənləşdirmək;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra vəziyyətinə nəzarət etmək, icra prosesi üzrə aidiyyəti qurumlarla koordinasiyanı təmin etmək və zəruri tədbirlər görmək;
- Debitor borclularla qarşılıqlı hesablaşmaların aparılmasında və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
- Debitor borclar üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Problemli borcların hüquqi müstəviyə qədər olan mərhələsini idarə etmək, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
- Debitor borcların azaldılması və ödəniş intizamının gücləndirilməsi ilə bağlı təkliflər vermək.
İş şərtləri və əlavə üstünlüklər:
- İş yeri: Bakı şəhəri (Çıraq Plaza biznes mərkəzi);
- İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00;
- Əmək haqqı: Sabit + hədəf əsaslı bonus;
- Ezamiyyətlərə açıq iş rejimi;
- Şəxsi avtomobilin olması üstünlükdür (amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır);
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması.
Vakansiya ilə bağlı “Debitor borclar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.