Foodcity Agropark Foodcity Agropark
  • 250

Debitor borclar üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Debitor borclar üzrə mütəxəssis

  • Deadline 23 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil; 
  • Debitor borcların idarə edilməsi və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində sərbəst;
  • Analitik düşünmə, diqqətlilik və rəqəmlərlə işləmə bacarığı;
  • Müştərilərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Hüquq üzrə biliklər üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Müəyyən edilmiş aylıq debitor borc yığım planlarının icrasını təmin etmək;
  • Borclularla telefon, rəsmi yazışma və görüşlər vasitəsilə əlaqə saxlayaraq ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
  • Müştərilər üzrə debitor borcların gündəlik uçotunu aparmaq və məlumatların düzgünlüyünü təmin etmək;
  • Müştərilərin ödəniş qrafiklərinə nəzarət etmək və gecikmiş ödənişlər üzrə müvafiq tədbirlər görmək;
  • Debitor borcların yaşlandırma analizini aparmaq, riskli və problemli borcları müəyyənləşdirmək;
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra vəziyyətinə nəzarət etmək, icra prosesi üzrə aidiyyəti qurumlarla koordinasiyanı təmin etmək və zəruri tədbirlər görmək;
  • Debitor borclularla qarşılıqlı hesablaşmaların aparılmasında və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
  • Debitor borclar üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Problemli borcların hüquqi müstəviyə qədər olan mərhələsini idarə etmək, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
  • Debitor borcların azaldılması və ödəniş intizamının gücləndirilməsi ilə bağlı təkliflər vermək. 

İş şərtləri və əlavə üstünlüklər:

  • İş yeri: Bakı şəhəri (Çıraq Plaza biznes mərkəzi);
  • İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00;
  • Əmək haqqı: Sabit + hədəf əsaslı bonus;
  • Ezamiyyətlərə açıq iş rejimi; 
  • Şəxsi avtomobilin olması üstünlükdür (amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır);
  • Könüllü tibbi sığorta (3 ay sonra); 
  • “Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması.

Vakansiya ilə bağlı “Debitor borclar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily118
  • Weekly504
  • Monthly2217