Tələblər:
- Ali təhsil (marketinq, kommunikasiya və ya əlaqəli sahələr üzrə üstünlükdür);
- Marketinq kommunikasiyaları, PR və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Sosial media və rəqəmsal platformalar üzrə praktiki biliklər;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşünmə və nəticəyönümlü yanaşma;
- Yaradıcı düşünmə, planlama və təşkilatçılıq bacarıqları;
- Azərbaycan dili – əla, İngilis və rus dilləri – işgüzar səviyyədə.
Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyaları və PR üzrə fəaliyyət planlarının tərtib edilməsi;
- Daxili komanda və kənar tərəfdaşların dəstəyi ilə reklam və PR fəaliyyətlərinin təşkili;
- Vebsaytların və sosial media hesablarının idarəedilməsi;
- PR xarakterli tədbirlərin təşkili;
- Şirkətin və xidmətlərin müsbət imicinin formalaşdırılması üçün kommunikasiya fəaliyyətlərinin icrası;
- Press-relizlər, məqalələr və digər kommunikasiya materiallarının hazırlanması;
- Media və tərəfdaşlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- KİV və sosial mediada şirkət haqqında paylaşımların monitorinqi və idarə edilməsi;
- Marketinq və PR fəaliyyətlərinin effektivliyinin ölçülməsi və təhlili;
- Sahə üzrə trendlərin izlənilməsi və rəqib analizinin aparılması;
- Aylıq, rüblük və illik hesabatların hazırlanması.
Əlavə imtiyaz və üstünlüklər:
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
Vakansiya ilə bağlı “Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.