Texniki dəstək şöbə müdiri (Xudat ş.)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki dəstək şöbə müdiri (Xudat ş.)

  • Deadline 18 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Texniki və ya mühəndislik sahəsi üzrə ali təhsil (mexanika, energetika, soyutma sistemləri və s. istiqamətlər üzrə);
  • Texniki xidmət və istehsalat avadanlıqlarının idarə edilməsi sahəsində minimum 3 il rəhbərlik təcrübəsi;
  • Soyuducu sistemlər, enerji təchizatı və mexaniki avadanlıqların iş prinsipləri üzrə texniki biliklər;
  • Texniki xidmət planlarının tərtibi və komanda idarəçiliyi təcrübəsi;
  • Analitik düşünmə, operativ qərarvermə və resurs idarəetməsi bacarığı;
  • MS Office və texniki hesabat proqramlarında işləmə bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik normalarına dair biliklər.

Vəzifə öhdəlikləri:

  • Texniki Dəstək şöbəsinin gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil etmək və üç əsas istiqamət – energetika, mexanika və soyutma sistemləri üzrə işlərin əlaqələndirilməsini təmin etmək;
  • Bütün texnoloji və mühəndis avadanlıqların planlı baxım, profilaktik xidmət və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasına rəhbərlik etmək;
  • Elektrik təchizatı və enerji sistemlərinin fasiləsiz, təhlükəsiz və qənaətcil fəaliyyətinə nəzarət etmək;
  • Soyuducu (ammonyak, freon, qlikol və s.) sistemlərində texniki proseslərə, çiller və VRV sistemlərinin iş rejiminə nəzarət etmək, nasazlıqların aradan qaldırılmasına nəzarət etmək;
  • Mexaniki avadanlıqların istismarı, montaj və demontaj işlərinin düzgün və təhlükəsiz icrasına nəzarət etmək;
  • Texniki nasazlıqları və qəza hallarını analiz etmək, səbəbləri müəyyənləşdirərək uzunmüddətli həll planları hazırlamaq;
  • Ehtiyat hissələri və texniki materialların stok səviyyəsini izləmək, tədarük planlarını və texniki resursların idarə olunmasını təmin etmək;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, tapşırıqların vaxtında və standartlara uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi, proseslərin optimallaşdırılması və texniki xidmət keyfiyyətinin artırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.

Əlavə imtiyaz və üstünlüklər:

  • Könüllü tibbi sığorta – ailə üzvləri daxil (3 ay sonra);
  • Aylıq yanacaq imtiyazı
  • “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;

Ünvan: Xudat şəh.

Vakansiya ilə bağlı “Texniki dəstək şöbə müdiri (Xudat ş.)” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly266
  • Monthly834