ForEver18 International ForEver18 International
  • 381

Layihə koordinatoru (Project Coordinator)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə koordinatoru (Project Coordinator)

  • Deadline 18 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Forever18 International baş ofisi Cənubi Koreyada yerləşən, inyeksion və qeyri-invaziv estetik məhsulların istehsalı və distribusiyası sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. 27-dən çox məhsuldan ibarət portfeli ilə 46 ölkədə fəaliyyət göstərir və 50-dən çox beynəlxalq distribütorla əməkdaşlıq edir. Şirkətin beynəlxalq bazarlardakı uğurlu fəaliyyətinin göstəricilərindən biri olan ReMedium PDRN məhsulunun illik satış həcmi artıq 1 milyon ədədi ötüb.

Azərbaycan ofisimizə beynəlxalq layihələrin, tədbirlərin və gündəlik iş proseslərinin koordinasiyasını həyata keçirəcək təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Layihə koordinatoru axtarılır.

İş şəraiti

  • Əməkhaqqı: 1 500 AZN sabit aylıq maaş;
  • İş yeri: Makro Park, Ülvi Bünyadzadə küçəsi, Bakı — Dədə Qorqud parkının yaxınlığı;
  • İş formatı: Ofisdaxili, tam ştat;
  • İş qrafiki: 5 günlük iş həftəsi, bazar ertəsi–cümə, 08:00–16:30;
  • Nahar fasiləsi: İş saatlarına daxil olan 30 dəqiqə;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Xarici ezamiyyətlər: Beynəlxalq sərgi və seminarlarda iştirak tələb olunur;
  • İş üzrə kommunikasiya dilləri: İngilis və rus dilləri.
  • İş təcrübəsi aidiyyatı üzrə minimum 3 il  

Namizədə dair tələblər

  • İş proseslərini planlaşdırmaq, tapşırıqların icrasını izləmək və komandalar arasında koordinasiyanı təmin etmək bacarığı;
  • Araşdırma aparmaq, məlumatları təhlil etmək və sistemləşdirmək bacarığı;
  • Təqdimatlar, marketinq məzmunu və işgüzar sənədlər hazırlamaq bacarığı;
  • Rəsmi yazışmaları və xarici tərəfdaşlarla kommunikasiyanı peşəkar səviyyədə aparmaq bacarığı;
  • Microsoft Word, PowerPoint, Adobe Acrobat və Canva proqramlarında işləmək bacarığı;
  • Xarici ezamiyyətlərə getməyə hazır olmaq.

Əsas kompetensiyalar

  • Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları;
  • Bir neçə işi paralel koordinasiya etmək və prioritetləri düzgün müəyyənləşdirmək;
  • Detallara diqqət və icra müddətlərinə riayət etmək;
  • Təşəbbüskarlıq, müstəqil işləmək və tapşırıqları nəticəyə çatdırmaq;
  • Komanda və tərəfdaşlarla aydın, operativ ünsiyyət qurmaq;
  • Dəyişən iş şəraitinə uyğunlaşmaq və problemlərin həllinə yönəlmiş yanaşma;
  • İşgüzar etikaya və şirkət məlumatlarının məxfiliyinə riayət etmək.

Dil bilikləri

  • İngilis dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və görüşlər aparmaq səviyyəsində;
  • Rus dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və görüşlər aparmaq səviyyəsində.

Vəzifənin məqsədi və əsas öhdəlikləri

  • Vəzifənin əsas məqsədi şirkətin beynəlxalq layihələrinin və gündəlik iş proseslərinin planlı icrasını təmin etmək, komandalar və tərəfdaşlar arasında koordinasiyanı həyata keçirməkdir.
  • Şirkətin beynəlxalq layihələrinin və gündəlik fəaliyyətinin koordinasiyası, işlərin vaxtında və keyfiyyətlə tamamlanmasının izlənilməsi;
  • Beynəlxalq sərgi və seminarların təşkili, xarici ezamiyyətlərdə iştirak və şirkətin təmsil edilməsi;
  • Kataloqlar, təqdimatlar və digər marketinq materialları üçün araşdırmaların aparılması, məzmunun hazırlanması və yeni ideyaların təklif edilməsi;
  • Şirkətin rəsmi yazışmalarının və e-poçtlarının idarə olunması, rəhbərlik və xarici tərəfdaşlarla işgüzar kommunikasiyanın aparılması;
  • Şirkətin vebsaytlarının məzmununa və aktuallığına nəzarət, yenilənmə işlərinin koordinasiyası;
  • Bazar və sektor üzrə araşdırmaların aparılması, inkişaf təkliflərinin və rəhbərliyə müntəzəm hesabatların hazırlanması.

İş təcrübəsi

  • Layihə koordinasiyası, tədbirlərin təşkili, inzibati işlər və ya marketinq dəstəyi sahəsində təcrübə üstünlükdür;
  • Xarici tərəfdaşlarla işgüzar yazışmalar və təşkilati işlər üzrə təcrübə üstünlükdür;
  • Təqdimatların və marketinq materiallarının hazırlanması üzrə praktiki təcrübə üstünlükdür.

Sizi nə gözləyir?

  • Beynəlxalq komanda və müxtəlif ölkələrdən olan tərəfdaşlarla iş;
  • Xarici ezamiyyətlər, beynəlxalq sərgi və seminarlarda iştirak;
  • Şirkətin layihələrində və brendlərinin inkişafında aktiv rol;
  • Layihə koordinasiyası, tədbirlərin təşkili və beynəlxalq kommunikasiya istiqamətlərində peşəkar inkişaf imkanı.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Project Coordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin rəsmi vebsaytları

  • www.forever18international.com⁠
  • www.remediumkorea.com⁠
  • www.ksbiokorea.com⁠ 
  • www.jennerafiller.com⁠ 
  • Daily2
  • Weekly321
  • Monthly1252