ForEver18 International ForEver18 International
  • 315

Senior Marketing Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Senior Marketing Manager

  • Deadline 11 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Forever18 International Co. LTD - Koreya Şirkəti Senior Marketing Manager axtarır.

İş barədə məlumat

  • Baş ofis: Cənubi Koreya / Filial: Azərbaycan
  • Tibbi avadanlıq, estetik cihazlar və kosmetik məhsulların istehsalı və distribusiyası sahəsində fəaliyyət göstərən beynəlxalq şirkət
  • Ünvan: Makro Park, Ülvi Bünyadzadə, Bakı şəhəri (Dədə Qorqud parkı yaxınlığı) 
  • Vakansiya növü: Tam ştat
  • Əməkhaqqı: 1200 ~ 1500 AZN 
  • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00
  • 1 saatlıq nahar fasiləsi

Websaytlarımız

Beynəlxalq bazarda sürətlə inkişaf edən şirkətimizə estetik və tibbi kosmetika sahəsində təcrübəli, strateji düşüncəyə malik, yaradıcı və liderlik bacarıqları yüksək olan *Senior Marketing Manager* axtarılır.

  • Bu vəzifədə çalışan namizəd şirkətin marketinq strategiyasının hazırlanmasına, beynəlxalq brendlərin inkişafına, rəqəmsal marketinq layihələrinin idarə edilməsinə və xarici tərəfdaşlarla əməkdaşlığın koordinasiyasına cavabdeh olacaq.

Vəzifə Öhdəlikləri

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasına rəhbərlik etmək.
  • Yerli və beynəlxalq sərgilər, seminarlar, konfranslar, məhsul təqdimatları və digər tədbirlərin marketinq hazırlığını və təşkilati proseslərini idarə etmək.
  • Marketinq materiallarının hazırlanması prosesinə rəhbərlik etmək:
  • Sosial media kontenti (Instagram, Facebook, LinkedIn və s.)
  • Kataloqlar, Broşürlər və digər çap materialları, Roll-up və bannerlər, Məhsul qablaşdırmaları və digər vizual materiallar
  • Dizayn komandası üçün kreativ ideyalar, vizual konseptlər və kontent istiqamətləri hazırlamaq.
  • Foto və video çəkilişləri üçün ssenarilər, kontent planları hazırlamaq və çəkiliş prosesini koordinasiya etmək.
  • Sosial media və rəqəmsal marketinq strategiyalarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri təhlil etmək.
  • Yeni məhsulların bazara çıxarılması üçün reklam və marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək.
  • Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək, analitik hesabatlar hazırlamaq və inkişaf təklifləri vermək.
  • Xarici tərəfdaşlar, distribyutorlar, dizayn agentlikləri və podratçılarla layihələri koordinasiya etmək.
  • Şirkətin bütün brendləri üzrə korporativ imicin və vizual standartların qorunmasına nəzarət etmək.
  • Vebsaytların və rəqəmsal platformaların kontentinin yenilənməsini və inkişafını təmin etmək.
  • Bazar araşdırmaları aparmaq, rəqibləri analiz etmək və yeni marketinq imkanlarını müəyyənləşdirmək.

Namizədə Tələblər

  • Marketinq, Biznesin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi.
  • Marketinq strategiyası və brend idarəçiliyi üzrə praktiki təcrübə.
  • Sosial media və rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı.
  • Kontent planlaşdırılması və layihələrin idarə olunması üzrə təcrübə.
  • Dizayn və video istehsalı proseslərini koordinasiya etmək bacarığı.
  • Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı.
  • Liderlik və komanda idarəetmə bacarığı.
  • Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
  • İngilis dili – yüksək səviyyədə (yazılı və şifahi).
  • Rus dili – yüksək səviyyədə (yazılı və şifahi).
  • Azərbaycan dili – səlis.

Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Məktubun mövzu hissəsində: "Senior Marketing Manager" qeyd etməyiniz xahiş olunur.

  • Daily109
  • Weekly240
  • Monthly840