İş yeri: Balaxanı Sənaye Parkı 1
Vəzifə öhdəlikləri:
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi
- Yerli və xarici mal satan və xidmət göstərənlərlə hesablaşmalar
- Debitor və kreditor borclarının uçotu və idarəedilməsi, üzləşmələrin aparılması
- Müqavilələrin, hesab-fakturaların, aktların, qiymət razılaşma protokollarının, təhvil- təslim aktlarının tərtibi
- Elektron qaimələrin tərtibi
- Əməliyyatların Logix proqramında işlənməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün icra etmək
Tələblər:
- Rus və ingilis dilləri arzuolunandır
- Məsuliyyətli, dəqiq və peşakar
- MS Office proqramlarını bilmək (xüsusi ilə Excel)
- Vergi və Əmək Məcəlləsi üzrə biliklər
- Əsas vəsaitlər və QMA üzrə biliklər
- Bank əməliyyatları ilə (daxili və xarici köçürmə) işləmə bacarığı
- ƏDV depozit hesabı ilə işləmə bacarığı
- YGB və Gömrük əməliyyatları üzrə biliklər
- İşçilərlə hesablaşma və Əmək haqqı hesablanmasını bilməli
- ERP proqramları üzrə biliklər
- Logix proqramı üzrə təcrübə arzuolunandır
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi:08:30 – 18:00 (Bazar ertəsi – Şənbə)
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
Zəhmət olmasa, CV-nizi mövzu yerində “Mühasib” vəzifəsini qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərin.