Müştəri məmnuniyyətinə önəm verən komandamıza satış bacarığı olan yeni xanım əməkdaş axtarırıq.
Sənin əsas işin nə olacaq?
- Showroom-a daxil olan müştərilərin qarşılanması
- Müştərinin ehtiyacının düzgün müəyyən edilməsi
- Məhsullar haqqında aydın və inandırıcı məlumat verilməsi
- Satış prosesinin əvvəldən sona qədər idarə olunması
- Müştəri məmnuniyyətinin təmin edilməsi
Biz kimləri axtarırıq?
- Satış sahəsində ən azı 1 il təcrübəsi olan xanım namizədlər
- Müştəri ilə ünsiyyəti sevən və satışa fokuslanan
- Azərbaycan və rus dillərində sərbəst danışan
- Məsuliyyətli və uzunmüddətli işləmək istəyən
Qapı, tikinti materialları və ya interyer məhsulları üzrə təcrübə üstünlükdür, amma mütləq şərt deyil.
İş şəraiti:
- İş qrafiki: həftədə 6 gün
- İstirahət: bazar
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 600 AZN + satış bonusları (Bonuslarla birlikdə orta aylıq gəlir artır)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Məsləhətçisi – Fortex” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.