Vəzifələri:
- İşlərin təşkilində və idarə edilməsində direktora kömək etmək.
- Planlaşdırma və vaxtın idarə edilməsi.
- Prioritetlərin müəyyənləşdirilməsi.
- Direktor tərəfindən verilən tapşırıqların icrasını təmin etmək.
- Yazışmaların aparılması, hesabatların hazırlanması.
- Toplantıların təşkili və protokollarının yazılması.
- Şirkətin digər şöbələri və əməkdaşları ilə əlaqə saxlamaq.
- Tikinti layihələrinin gedişatını izləmək və direktora məlumat vermək.
- Tikinti sahəsində verilən layihələrə əsasən podratçı briqadalara fasad işlərinin düzgünlüyünə nəzarəti təmin etmək
- Satınalma tələblərini qəbul edir və təmin edir;
- Tələb olunan mallar üzrə sifarişləri hazırlayır;
- Bazarın təhlil edir, tələb olunan materialları yerli və xarici bazarda araşdırır
- Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularını həyata keçirir;
Tələblər:
- Ali təhsil
- Oxşar vəzifədə 2 il iş təcrübəsi
- Vaxtı idarə etməyi, koordinasiyanı və təşkilatçılığı bacarığı
- Azərbaycan və Rus dilində səlis, İngilis dili – yazılı və şifahi ünsiyyət səviyyəsində
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq
Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində Direktor köməkçisi (Tikinti sahəsində) qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir