Fortis Construction komandamıza tikinti proseslərinin yüksək keyfiyyətlə və müəyyən edilmiş vaxt çərçivəsində icrasını təmin edəcək peşəkar Sahə Rəisi dəvət edir.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində bütün iş proseslərinin gündəlik planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək;
- Tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, texniki norma və standartlara uyğun icrasına nəzarət etmək;
- Tikinti işlərinin təsdiq edilmiş qrafikə uyğun və keyfiyyətlə başa çatdırılmasını təmin etmək;
- Sahədə çalışan mühəndis, usta, briqada və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
- Görülən işlərin keyfiyyətinə, əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Materialların qəbulunu, düzgün istifadəsini və sərfiyyatını nəzarətdə saxlamaq;
- Texniki problemləri operativ şəkildə təhlil etmək və effektiv həll yolları təqdim etmək;
- Layihə rəhbəri, texniki nəzarət və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;
- Görülmüş işlərin həcmini yoxlamaq, aktlaşdırılmasında iştirak etmək və mütəmadi hesabatlar hazırlamaq;
- Podratçı və subpodratçıların iş keyfiyyətini, müqavilə öhdəliklərinə və iş qrafikinə uyğun fəaliyyətini nəzarətdə saxlamaq;
- Tikinti sahəsində nizam-intizamın və istehsalat prosesinin fasiləsiz təşkilini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər:
- İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 5 il, Sahə Rəisi vəzifəsində isə ən azı 3 il iş təcrübəsi;
- Monolit, betonarme, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər;
- Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı;
- Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini dərindən bilmək;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı (MS Project biliyi üstünlükdür);
- Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı;
- Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı.
İş şəraiti
- Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
- İş növü: Tam ştat
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə (Sahə Rəisi) yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərlər