Sahə Rəisi

  • Истекает 7 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Fortis Construction komandamıza tikinti proseslərinin yüksək keyfiyyətlə və müəyyən edilmiş vaxt çərçivəsində icrasını təmin edəcək peşəkar Sahə Rəisi dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində bütün iş proseslərinin gündəlik planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, texniki norma və standartlara uyğun icrasına nəzarət etmək;
  • Tikinti işlərinin təsdiq edilmiş qrafikə uyğun və keyfiyyətlə başa çatdırılmasını təmin etmək;
  • Sahədə çalışan mühəndis, usta, briqada və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
  • Görülən işlərin keyfiyyətinə, əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Materialların qəbulunu, düzgün istifadəsini və sərfiyyatını nəzarətdə saxlamaq;
  • Texniki problemləri operativ şəkildə təhlil etmək və effektiv həll yolları təqdim etmək;
  • Layihə rəhbəri, texniki nəzarət və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;
  • Görülmüş işlərin həcmini yoxlamaq, aktlaşdırılmasında iştirak etmək və mütəmadi hesabatlar hazırlamaq;
  • Podratçı və subpodratçıların iş keyfiyyətini, müqavilə öhdəliklərinə və iş qrafikinə uyğun fəaliyyətini nəzarətdə saxlamaq;
  • Tikinti sahəsində nizam-intizamın və istehsalat prosesinin fasiləsiz təşkilini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə tələblər:

  • İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Tikinti sahəsində minimum 5 il, Sahə Rəisi vəzifəsində isə ən azı 3 il iş təcrübəsi;
  • Monolit, betonarme, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər;
  • Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı;
  • Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini dərindən bilmək;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı (MS Project biliyi üstünlükdür);
  • Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı;
  • Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı.

İş şəraiti 

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
  • İş növü: Tam ştat

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə (Sahə Rəisi) yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərlər

  • Daily2
  • Weekly562
  • Monthly579