Vəzifə öhdəlikləri
- Tikinti və daşınmaz əmlak layihələrinin müştərilərə təqdim edilməsi;
- Potensial müştərilərlə əlaqələrin qurulması və satış danışıqlarının aparılması;
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun təkliflərin hazırlanması;
- Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər izlənilməsi;
- Müştərilərə məhsul və xidmətlər barədə ətraflı məlumat verilməsi;
- Mövcud müştəri bazası ilə əlaqələrin davam etdirilməsi;
- Satış nəticələri barədə hesabatların hazırlanması;
- CRM sistemində müştəri məlumatlarının qeydiyyatının aparılması.
Namizədə tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Tikinti və daşınmaz əmlak sektoru haqqında biliklər;
- Azərbaycan və rus dillərini sərbəst bilmək
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- MS Office və CRM proqramlarında işləmək bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq.
İş şəraiti
- İş qrafiki: Part-time, 18:00–21:00. Bazar günü tam iş günü.
- İş ünvanı: Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi.
- Əmək haqqı: Müsahibə əsasında.
Müraciət üçün CV-lərin mövzu hissəsində “Satış meneceri” qeyd edib Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.