Tikinti Şirkətinə Sima Aparıcı axtarılır!
Şirkətimizin media və reklam fəaliyyətlərində brendi peşəkar şəkildə təmsil edəcək, kamera qarşısında özünü rahat ifadə edən sima aparıcı axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin təqdimatı və video çəkilişlərdə iştirak
- Sosial media (Instagram, Facebook və s.) üçün kontentlərin aparıcılığı
- Layihələr üzrə reportaj və təqdimat videolarının hazırlanması
- Açılış mərasimləri və tədbirlərdə şirkəti təmsil etmək
- Şirkətin imicinə uyğun çıxış və kommunikasiya qurmaq
Tələblər:
- Kamera qarşısında sərbəst və özünəinamlı çıxış bacarığı
- Səlis nitq və düzgün diksiya
- Xarici görünüşə və ünsiyyət tərzinə diqqət
- Azərbaycan dilini mükəmməl bilmək (rus dili üstünlükdür)
- Media və ya aparıcılıq sahəsində təcrübə arzuolunandır
- Kreativ yanaşma və enerjili təqdimat bacarığı
Əmək haqqı: Razılaşma yolu ilə
CV və video təqdimatınızı (əgər varsa) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mövzu hissəsində “Sima Aparıcı” qeyd edin.