Xəritə Mühəndisi

  • Истекает 7 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri

  • Tikinti layihələri üzrə geodeziya və topoqrafik ölçmə işlərini həyata keçirmək;
  • Total Station, GNSS/GPS, nivelir və digər geodeziya avadanlıqları ilə ölçmələr aparmaq;
  • Layihə oxlarını, koordinatlarını və hündürlük nişanlarını sahəyə köçürmək;
  • Tikinti işlərinin layihəyə uyğunluğunu yoxlamaq və geodeziya nəzarətini həyata keçirmək;
  • Topoqrafik planlar, icra planları (As-Built) və digər texniki sənədləri hazırlamaq;
  • Ölçmə nəticələrini emal etmək, hesabatlar hazırlamaq və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Geodeziya avadanlıqlarının düzgün istifadəsini və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Geodeziya və Xəritəçəkmə Mühəndisliyi, Topoqrafiya və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Total Station, GNSS/GPS və nivelir cihazları ilə işləmək bacarığı;
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı;
  • AutoCAD Civil 3D və ya digər geodeziya proqramlarını bilmək üstünlükdür;
  • Texniki çertyojlar və layihələrlə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, analitik düşünmə və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
  • İş növü: Tam ştat

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə Xəritə Mühəndisi yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily0
  • Weekly560
  • Monthly577